Yeni Səhifə

HƏYƏCAN TƏBİLİ! Azərbaycanda 10 302 nəfər vəfat edib, tezliklə...

Tarix:16-09-2023, 22:10 Baxış Sayı:5 Kateqoriya:Gündəm / Səhiyyə

HƏYƏCAN TƏBİLİ! Azərbaycanda 10 302 nəfər vəfat edib, tezliklə...




Son günlər COVID-19-un yeni ştamı ilə bağlı dünyada həyəcan təbili çalınır.
Dünyanın bir sıra ölkələrində, eləcə də qonşu Türkiyədə koronavirusa yoluxanların sayı artıb. Belə ki, son məlumatlara görə, qardaş ölkədə 9 nəfərdə COVID-19-un variantlarından olan omikronun mutasiyaya uğramış "EG.5.1." "Eris" virusu aşkarlanıb.

Bundan əlavə, İtaliyada bir həftə ərzində koronavirusa yoluxanların sayı 44 % artıb. Sentyabrın 7-dən 13-dək ölkədə 31 minə yaxın yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda da oxşar tendensiya davam edir. Belə ki, ölkəmizdə COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son 1 həftə ərzində (4-10 sentyabr) COVID-19 infeksiyasına 126 yeni yoluxma faktı qeydə alınıb. İndiyədək ölkədə ümumilikdə 832 438 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 004 nəfər müalicə olunaraq sağalıb, hazırda 132 aktiv xəstə var. Bu günə qədər 10 302 nəfər vəfat edib.

Koronavirusa yoluxma sayının artması, eləcə də yeni ştamın ortaya çıxması karantin tədbirlərini qaçılmaz edir.
Xatırladaq ki, ötən həftə Cenevrədə çıxış edən Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus yeni "EG.5 D-19" ştamı ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, qış mövsümü ərəfəsində şimal yarımkürəsində həyəcanverici tendensiyalar müşahidə olunur, Yaxın Şərq və Asiyada ölüm hallarının sayı artır. ÜST rəhbəri bildirib ki, Avropada koronavirusun bu variantı ilə reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin sayı artıb. Qebreyesusun sözlərinə görə, ən böyük narahatlıqlardan biri COVID-19 peyvəndinin son dozasını almamış risk altında olan insanlarda immunizasiya səviyyəsinin aşağı olmasıdır.











































SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı