Yeni Səhifə

Dünyanı cəhənnəmə çevirmək istəyən ABŞ Cənubi Qafqazda yeni oyun oynayır - ŞƏRH

Tarix:14-10-2023, 22:46 Baxış Sayı:7 Kateqoriya:Gündəm / Siyasət / Dünya

Dünyanı cəhənnəmə çevirmək istəyən ABŞ Cənubi Qafqazda yeni oyun oynayır - ŞƏRH



ABŞ-nin dövlət katibi Antoni Blinken bu günlərdə konqresmenlərlə görüşündə Cənubi Qafqazda vəziyyətlə bağlı fikirlərini bölüşərkən növbəti inkişaf ssenarilərindən biri kimi Azərbaycanın guya Ermənistanın cənubuna müdaxilə edəcəyi barədə qənaətini səsləndirib. Bu barədə məlumatları müxtəlif xarici KİV-lər yayıblar.

Məsələnin əsli isə ondan ibarətdir ki, xüsusilə Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərindən sonra Cənubi Qafqazda sabitlik təmin olunub. Ötən otuz ildən çox müddət ərzində regionda, bəlkə də, belə sabit vəziyyət yaranmayıb. İş o həddə çatıb ki, Ermənistan da adət etdiyi hərbi təxribatları son zamanlar təkrarlamır. Əksinə, rəsmi İrəvan sülhlə bağlı bəyanatlar səsləndirir. Bütün baş verənlərin fonunda Blinkenin bu fikirləri bir daha ABŞ-nin riyakarlığını və ikili standartlarını nümayiş etdirir.

Əslində Ağ ev nəinki Cənubi Qafqazda, digər regionlarda, o cümlədən Şərqi Avropada və Yaxın Şərqdə də öz oyununu oynamağa çalışır. Bu gün Şərqi Avropada davam edən Rusiya – Ukrayna müharibəsi, Yaxın Şərqdə miqyasının daha da genişlənməsi ehtimal edilən İsrail – HƏMAS qarşıdurması və bu münaqişələrin davamlı olması məhz Ağ evin niyyətinə xidmət etdiyi görünür. Rəsmi Vaşinqton bu cür münaqişə ocaqları sayəsində özünün ayrı-ayrı bölgələrdəki mövqelərini möhkəmləndirməyə çalışır.

Mülki insanların ölümü, dağıntılar ABŞ-ı düşündürmür. Dünya sürətlə üçüncü dünya müharibəsinə doğru gedir, planet cəhənnəmə çevrilir. Bunun əsas səbəblərindən biri isə məhz ABŞ-ın riyakarlığı, səbəbsiz, əsassız iddialarıdır.

Görünür, ABŞ bunu – Cənubi Qafqazda "daşların yerinə oturmasını" qəbul etmək istəmir. Çünki Vaşinqton oyun oynamaqda davam edir və qəsdən vəziyyəti qızışdırmağa çalışır. Əlbəttə, Blinkenin iddiaları əsassızdır.

Birincisi, Azərbaycanın kimsənin, o cümlədən Ermənistanın torpaqlarında gözü yoxdur. Rəsmi Bakı və İrəvan bir-birilərinin ərazi bütövlüyünü tanıyıblar.

İkincisi, biz artıq ərazi bütövlüyümüzü təmin etmiş, "münaqişə" mərhələsini geridə qoymuşuq.

Üçüncüsü, rəsmi Bakı regional sabitlikdə, Qarabağdakı etnik ermənilərin reinteqrasiyasında maraqlıdır. Azərbaycan bu barədə mövqeyini dəfələrlə bildirib. Necə ola bilər ki, indi yeni müharibəyə can atsın? Bu, məntiqə uyğun deyil. Söz yox ki, soyuqqanlı düşüncəyə, məntiqə malik tərəflər bunu anlayır, Blinkenin bəyanatlarının arxasındakı riyakarlığı başa düşür.

ABŞ dövlət departamentinin rəhbəri bu cür sensasion hesab olunan fikirləri ilə birbaşa Ermənistan siyasilərinin, xüsusilə müxalifətin ictimai şüuruna təsir etməyə çalışır. O, yaxşı anlayır ki, Bakı və İrəvan artıq sülhün, Cənubi Qafqaz isə regional əməkdaşlığın bir addımlığındadır. ABŞ bölgədəki maraqları naminə bu sabitliyə mane olmaq istəyir. Və bunun üçün ajiotaj yarada biləcək bəyanatlarla erməni diasporunun, müxalifətin canına qorxu salmağa çalışır.

Növbəti dəfə ABŞ ikiüzlülüyünü açıq şəkildə göstərir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın əraziləri 30 ilə yaxın işğal altında olanda Vaşinqton ölkəmizin özünümüdafiə hüququnu heç vaxt tanımayıb. Bu azmış kimi, ABŞ indi də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini "həzm edə bilmir". Vaşinqton bütün imkanları ilə aranı qarışdırmağa çalışır.

Regionun sülhə doğru getdiyi bir zamanda ABŞ və Fransa bölgədən əl çəkmir, militarizasiya siyasəti həyata keçirir, Ermənistanı silahlandırır və bu yolla yenidən regionu silahlı qarşıdurma poliqonuna çevirməyə cəhd edir.

Sözsüz ki, bu oyunun arxasında həm ABŞ-Fransa cütlüyü, həm də Avropa İttifaqı (Aİ) dayanır. BMT- nin bəzi strukturlarında, Avropa Parlamentində, AŞPA- da Azərbaycanın əleyhinə qəbul edilmiş qətnamələrin arxasında da onlar dururlar.

ABŞ-ın bu cür qeyri-adekvat davranışları hər fürsətdə haqqında danışdığı demokratik prinsiplərə, insan haqlarına tamamilə ziddir.(report)


































SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı