Qarabag Media

İKİ MÜHARİBƏNİN QƏHRƏMAN HƏKİMİ

Tarix:3-12-2023, 18:47 Baxış Sayı:12 Kateqoriya:Gündəm / Səhiyyə





İKİ MÜHARİBƏNİN QƏHRƏMAN HƏKİMİ
Həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı ön cəbhədə fədakarlıq göstərmiş həkimlərdən biri “City Hospital”ın baş həkimi, travmatoloq Bayram Qorçiyevdir.
Tibb elmləri namizədi Qorçiyev Bayram Mahmud oğlu 1980 - ci ildə Azərbaycan Tibb Universitetini bitirmişdir.
1980-1991-ci illər ərzində Moskva Mərkəzi Travmatologiya - Ortopediya Elmi tədqiqat İnstitutunda çalışmışdır. Kliniki ordinaturanı və Aspiranturanı bititmişdir, Baş elmi işci vəzifəsində çalışmış, Tibb Elmləri Namizədi alimlik dərəcəsini almışdır.
Uşaqlarda dirsək oynağının çıxıqları, sınıqları, anadangəlmə bud çıxığı, pertes xəstəliyi, uşaq serebral iflici xəstələrinin operativ müalicəsi haqqında elmi əsərləri çap olunmuşdur (Rusiya Ferderasiyasın və Avropada).
1991- ci ildən Bakıda çalışır. 2 il Azərbaycan Tibb Universitətinin Travmatologiya - Ortopediya kafedrasında assistent vəzifəsində işləmişdir.
Birinci Qarabağ müharibəsi zamanı 1993-1994 cü illərdə Hərbi Hospitalda yaralılara yüksək ixtisaslaşdırılmış tibbi yardım göstərmişdir.
2004-cü ildən City Hospital özəl xəstəxanasında çalışır, baş həkimdir.
Müalicə etdiyi xəstəliklər: travmalar və travmalardan sonra inkişaf edən sindromların (sınıqlar, oloq - yeni doğulmuş uşaqlar üzrə mütəxəssis, sümük - əzələ sistemi xəstəlikləri) yastıpəncəlik, əyriboyunluq, oynaq xəstəlikləri və patologiyaları, skolioz, ətrafların deformasiyaları və s.
Həkim Qorçiyev 44 günlük Vətən müharibəsinin ilk günündən yaralı əsgərlərimizə xidmət göstərib. Ön cəbhədə həkim kimi göstərdiyim xidmətlərə görə Milli Məclis, həmçinin Müdafiə Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunmuşam. Mətbuata verdiyi müsahibədə Şanlı Qələbəmizlə nəticələnən müharibənin dəhşətli günlərini belə xatırlayır:
“Sentyabrın 27-dən etibarən hərbi hospitalda xidmətə başladım. Müharibənin elə ilk günlərindən çox sayda yaralılar gətirilirdi. Onlardan kimisinin əli, kimisinin ayağı, kimisinin isə bir çox ətrafı kəsilmişdi, ya gözləri kor olmuşdu, ya da kəllə və ya daxili orqanlarının travmaları, sümüklərin, oynaqların, damarların zədələnməsi var idi. Dərhal işə keçib birbaşa ixtisaslı həkim yardımı göstərirdik. İlk günlərdə hospitalda o qədər də böyük qüvvə yox idi. Lakin buna baxmayaraq, personalımızın öz gücünə avadanlıqlar, aparatlar aldıq. Bir günə 20-25 əməliyyat edirdik.
Lakin bir qədər sonra hospital yaralılarla doldu, bu zaman biz artıq yaralıları Yeni klinikaya köçürməyə başladıq. Yeni klinikada isə avadanlıqlar var idi, lakin kollektiv yox idi. Buna görə biz kollektiv olaraq ora köçdük və bir gündə təxminən 140-150 əsgərə yardım etməyə başladıq.
Bir müddət keçdikdən sonra isə gördük ki, əsas yaralılar ön cəbhədən gəlir və burada müəyyən çatışmazlıqlar yaranır. Çatışmazlıq ondan ibarət idi ki, yaralılar hospitala gələnə qədər yolda bir çox problemlər yaşayırdılar. Məsələn, şqutun uzun müddət qalması nəticəsində yarada qanqrena yaranırdı və əsgər qan itirmədən ölürdü. Və yaxud yaralar çox çirkli olduğundan orqanizmdə zəhərlənmə yaradırdı və yaralılarda ağır fəsadlar baş verirdi. Ona görə də kollektiv olaraq sözü bir yerə qoyaraq, birbaşa ön cəbhəyə yollandıq.
Bundan sonra ön cəbhədə yerləşən Füzuli Diaqnostika Mərkəzində yaşadıq. Təxminən oktyabrın 23-24-dən artıq həmin xəstəxanada xidmət göstərməyə başladıq. Bizi ora heç kəs məcburən aparmamışdı, tam öz istəyimizlə getmişdik.
İntensiv döyüşlər gedən Şuşa ətrafından, Zəngilandan xeyli yaralılar gətirilirdi. Biz bacardığımız nə var idisə, onu etməyə çalışırdıq. Nəticədə əsgərlər arasında qan itirmədən və digər səbəblərdən ölüm kəskin azalmağa başladı. Həqiqətən də müharibə dövründə ön cəbhədə olan tibbi personalın əməyi danılmazdır.
Əsgərlər ağır yaralı olsalar da, hər zaman əhval-ruhiyyələri yüksək olub. Təsəvvür edin, əsgərlərimizin kimisinin əli, kimisinin ayağı kəsilsə də, ağır travmalar yaşasalar da çox yüksək əhval-ruhiyyədə idilər. Heç bir vaxt onların arasında ağlayan, qorxan əsgər görmədim. Əsgərlərimiz deyəndə ki, “Şuşadan, Şuşa ətrafından gəlirəm”, bu bizə də böyük ruh yüksəkliyi gətirirdi...
Mən 1992-ci ildə I Qarabağ savaşında da həkim kimi iştirak etmişəm. O vaxt yaralılar az idi və bu cür deyildilər, bunlar tam başqa zədələr idi. Döyüşdə istifadə olunan silahlar dəyişirsə, əsgərlərin yaraları da dəyişir. 90-cı illərdə daha çox güllə yaraları idi. Bu dəfə hərçilərimiz çox ağır xəsarətlər, güclü travmalar almışdılar. Ən çox bizi sarsıdan, tələfata, ölümə səbəb olan isə mina yaraları idi. Düşmən hər tərəfi minalamışdı.
Beləliklə, 1992-ci ildən 28 il sonra yenə də hərbi həkim kimi xidmət göstərdim. Amma bu dəfə başqa əhval-ruhiyyə, baxış ilə.
Mən birinci olaraq bunu özüm üçün etmişəm. 100-1000 il yaşamırıq ki. Ömrümüzə bir dəfə şans düşür ki, əsgərlərimizə öz xidməti töhfəmizi verək.
Həmin vaxt həkimlərimizə də deyirdim ki, “siz deməyin ki, müharibə 5-10 il çəkəcək və bu müddət ərzində 4-5 dəfə gəlib müharibə üçün öz borcunuzu verəcəksiz. Müharibə 1 ay, 1 il də çəkə bilər. Bu müddət ərzində çalışın ki, vətənə öz vicdani borcunuzu verəsiniz”. Həqiqətən də bütün həkimlər bunu etdilər

İKİ MÜHARİBƏNİN QƏHRƏMAN HƏKİMİ


































SON XƏBƏRLƏR
“Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Şahbaz Şərif Laçında İlham Əliyevlə görüşündən yazdı
Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
Prezidentə təbriklər gəlməkdə davam edir
Sosial-İqtisadi Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib
Qurbanlıq heyvanların satış məntəqələri - Siyahı
Bakıda bir qrup şəxsə MƏNZİL VERİLƏCƏK
İki nüvə dövləti arasında gərginlik: Hava məkanları qarşılıqlı bağlandı
Təhsil eksperti ilə DİM sədri arasında QALMAQAL: Neçə nəfərin qiymətlərində düzəliş edildi?
ABŞ-nin Türkiyədəki səfiri Trampın Suriya üzrə xüsusi nümayəndəsi olacaq
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 3 qızıl medal qazanıblar
İlon Maskın Ağ Evlə dostluğunu maraq məhv edib: Milyarder hansı gizli məlumatı əldə etmək istəyib?
BİR XALQIN ÜMİD İŞIĞI ,BİR DÖVLƏTİN DAYAĞI ; Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri , Azərbaycan Respublikasının Baş nazirinin köməkçisi -- Əhməd Cuma oglu Əhmədzadə
heydər əliyev siyasəti gələcəyin təminatidir --FUAD HACIYEV AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADRMİYASINİN DƏYƏRIİİ REKTORU VƏ İDMAN SAHƏSİNDƏKİ LİDER FƏALIYYƏTLƏRİ
Ötən ay sərhəddə 5 milyon manatlıq qaçaqmal tutulub
Fəxrəddin Manafov və İlham Qasımova vəzifə verildi
Ukrayna ordusu Krıma desant hücumuna hazırlayır
İlham Əliyev sərəncam imzaladı
Tramp ermənilərin gözləntilərini puç etdi
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA
XİN başçısı: ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur
İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
Rəis müavini Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib
Azərbaycan mediasına kiberhücum - "Global Media Group"u kimlər hədəfə alıb? - ŞƏRH
Bu məşhurlar estetik əməliyyatların QURBANINA çevrilib - VİDEO
Tramp və Putin danışdı
Bakıda yeni yol salınır - 1650 ağac köçürüləcək
Polad Bülbüloğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" təlimlərində daha üç ölkə ilə birlikdə tapşırıqlar icra ediblər