Yeni Səhifə

SAKİR QƏNİYEV; Müzəffər Sərkərdə, Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi

Tarix:29-12-2023, 23:22 Baxış Sayı:33 Kateqoriya:Gündəm / Cəmiyyət

SAKİR QƏNİYEV; Müzəffər Sərkərdə, Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, dünyanın hərb tarixinə əbədi olaraq həkk etdi


11 saylı Cəzaçəkmə müəssisəsinin rəisi Şakir Qəniyev - Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günüdür.
Ölkə başçısı yeni yaşını Müzəffər Ali Baş Komandan, qalib sərkərdə kimi qarşılayır.
Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Lideri olduğunu onların ən böyük arzusunu həyata keçirməklə təsdiq edib. Eyni zamanda, Prezident İlham Əliyev adını türk dünyası tarixinə Qarabağ həsrətinə son qoyan şəxsiyyət kimi yazdırıb. Odur ki, bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzinə çevrilən Lider kimi sevir, dəstəkləyir. Hər kəs Prezident İlham Əliyevi xilaskar Lider və Azərbaycan tarixinin ən qüdrətli sərkərdəsi olaraq qəbul edir.




Bu gün Azərbaycanın regionda və dünyada söz sahibliyindən böyük qürur hissi ilə bəhs edirik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna, eləcə də yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Ölkə Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrliyi müasir müstəqil Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Uğurlarımızın zirvəsində dayanan tarixi Zəfərimizdə Azərbaycanın diplomatik mübarizədə qələbəsi, hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli ilə bağlı möhkəm hüquqi bazanın yaradılması əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev ən yüksək tribunalardam Azərbaycanın dəyişməz mövqeyini, ərazi bütövlüyümüzün danışıqlar mövzusu olmadığını və olmayacağını bəyan etdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması qarşıda dayanan əsas hədəf idi.”






20 il öncə müəyyən olunmuş bütün vəzifələr icra edildi: “Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında özünə layiq yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində güclü iqtisadiyyat yaradıldı. Son 20 ildə ölkə iqtisadiyyatının inkişafı istiqamətində atılan addımlar göz qabağındadır. Bircə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildə ölkədə yaradılan sabitliyin və normal iqtisadi mühitin nəticəsidir ki, iqtisadiyyata 310 milyard dollar investisiya yatırılıb. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, investisiya yatıran ölkə kimi də tanınır və nüfuz qazanır. İqtisadiyyatımız dörd dəfədən çox artıb. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü iqtisadiyyat müstəqillik deməkdir. Müstəqillik heç vaxt şərti olmamalıdır. Əsl müstəqilliyə nail olmaq üçün güclü iqtisadiyyatın, güclü Ordun olmalıdır.”

“Ordu quruculuğu sahəsində atılan addımların nəticəsində elə güclü Silahlı Qüvvələr yaradıldı ki, bu gün istənilən vəzifəni şərəflə yerinə yetirir. Azərbaycan Ordusu bunu döyüş meydanında sübut etdi”, rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı: “Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.”

Cari ilin 23 aprel tarixində üçrəngli bayrağımız sərhəddə dalğalandırıldı: “Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bu ilin 19 sentyabr tarixində isə Azərbaycan Ordusunun bir günlük həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam təmin olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Azərbaycan Bayrağını Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə ucaltdı. Tarixi Zəfərimizin üçüncü ldönümündə dövlət başçısı İlham Əliyevin iştirakı ilə Xankəndi şəhərində hərbi parad keçirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, biz tarix yazmışıq və yazırıq.”

Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının qarşılaşması, Prezident İlham Əliyevin oyundan əvvəl stadionda çıxışı, 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələr ilə görüş yazılan ən möhtəşəm tarixi günlərdən oldu: “Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu görüş Bakıda da keçirilə bilərdi. Ancaq görüşün burada keçirilməsi və bu yüksək mükafatların burada verilməsi tam ədalətli olacaq. Dövlətimizin başçısının böyük qürur hissi ilə atdığı hər bir addım harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirir, qürurlandırır. Dövlətimizin başçısı hər bir addımı ilə sözü və əməlinin bir, hər kəsin Prezidenti olduğunu təsdiqləyir. Cənab İlham Əliyevin Prezident kimi jurnalistlərə ilk müsahibəsində verdiyi bu vədlər artıq reallıqdır: “Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam.”

































SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı