Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.
YENİSEHİFE.AZ xəbər verir ki, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.
Bakı metrosunda qatarlardan fit səsinin müşayiəti ilə bir dəqiqəlik sükut elan edilib.
Qanlı Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər xiyabanını ziyarəti başlayıb.YENİSEHİFE.AZ xəbər verir ki, insanlar şəhid məzarları üzərinə qərənfillər düzür, onların ruhuna dualar oxuyurlar.
Qeyd edək ki, Hüzn Günü ilə əlaqədar saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
.