Yeni Səhifə

"Xocalıya Ədalət"i Xocalıda bərpa ettik.

Tarix:27-02-2024, 14:55 Baxış Sayı:52 Kateqoriya:Gündəm / Siyasət

"Xocalıya Ədalət"i Xocalıda bərpa ettik.

YASAMAL RAYON MƏNZİL KOMMUNAL TƏSƏRRÜFAT BİRLİYİNİN RƏİSİ VUSAL HÜSEYNOV--Əsrin sonlarında ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri faciələr erməni millətçilərinin yüzilliklər boyu xalqımıza qarşı apardıqları soyqırım və etnik təmizləmə siyasətinin növbəti bir təzahürü idi.1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazıldı. Xocalı şəhəri Azərbaycanın Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Ona görə də erməni terrorçuları Xocalıdan keçən Əsgəran-Xankəndi yoluna nəzarəti və Xocalıda yerləşən aeroportu ələ keçirməyi qarşılarına əsas məqsəd kimi qoymuşdular. Həmin gecə Ermənistan silahlı dəstələri Xankəndində yerləşən, zabit və gizirlərin əksəriyyəti ermənilərdən ibarət olan rusların 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini mühasirəyə aldılar. Şəhər sakinləri xilas olmaq üçün Ağdam istiqamətində hərəkət etdilər, dağlara meşələrə çəkildilər. Lakin hər tərəfi mühasirəyə alan silahlı ermənilər dinc əhalini güllələyir, onlara amansız divan tuturdular.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

Bu soyqırım Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək məqsədi daşıyırdı. Lakin dəhşətli faciə xalqımızın iradəsini sındırmadı, milli mübarizə ruhunu sarsıtmadı. Nəhayət ürəyi Vətən eşqi ilə döyünən qəhrəman oğullarımız Ali Baş Komandanın rəhbərliyi altında Vətən naminə mütəşəkkil mübarizəyə səfərbər oldular. Düşməni diz çökdürüb Qarabağı işğaldan azad edərək şanlı tarix yazdılar, Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldılar. Qazanılmış Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür. Çünki biz XXI əsrin müharibəsini aparmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq.

Azərbaycanın tarixi qələbəsi bütün münaqişələrin həll olunmasına nümunə olacaq. Xalqımız bu qələbə əhval-ruhiyyəsini böyük coşqu ilə yaşayır. Bu qələbə Azərbaycan xalqına, xalq da bu qələbəyə layiqdir.







SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı