Yeni Səhifə

BMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olunub - FOTO

Tarix:21-03-2024, 20:32 Baxış Sayı:205 Kateqoriya:Gündəm / Mədəniyyət

BMT-də Novruz şənliyində Azərbaycan mədəniyyəti, tarixi, təamları nümayiş olunub - FOTO



Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı qərargah binasında 12 ölkənin - Azərbaycan, Əfqanıstan, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Hindistan, Tacikistan, Türkiyə və Türkmənistan və İranın BMT yanında daimi nümayəndəliklərinin birgə təşəbbüsü və təşkilatçığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

YENISEHIFE.AZ report-a istinadən xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antoniu Quterreş iştirakçılara təbrikini çatdırıb. Baş katib milyonlarla insanı, nəsilləri və millətləri birləşdirən Novruzun yeni ilin başlanğıcının, yazın gəlişinin və təbiətin dirçəlişinin bayramı olduğunu deyib və bu çətin dövrlərdə Novruzun dialoqu, mehriban qonşuluğu və barışığı təşviq etdiyini diqqətə çatıdırıb. Quttereş Novruz bayramını qeyd edən bütün millətlərin nümayəndələrinə təbriklərini göndərib.

BMT-nin Baş Assambleyasının 78-ci sessiyasının prezidenti Dennis Fransis çıxışında uzun illərdir keçirilən Novruz bayramının dünyada yaşayan üç yüz milyon insan tərəfindən təntənəli şəkildə qeyd olunmasının xalqların həmrəyliyinin təşviqinə xidmət etdiyini bildirib.

Daha sonra 12 ölkənin BMT-dəki daimi nümayəndəliklərinin təmsilçilərinin çıxışları dinlənilib.

Tədbirdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsinin müavini Tofiq Musayev iştirakçılara Novruz bayramı münasibətilə səmimi təbriklərini və xoş arzularımızı çatdırıb.
Diplomat bildirib ki, Azərbaycan BMT Baş Assembleyasında 2010-cu ilin fevralı 23-də yekdilliklə qəbul olunan 21 mart tarixini "Beynəlxalq Novruz Günü" kimi tanıyan və bayramların əhəmiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına böyük töhfə verən 64/253 saylı qətnamənin təşəbbüskarı və əsas müəllifi olmaqdan qürur duyur.

T.Musayev əlavə edib ki, parçalanmalar, inamsızlıq və nifrətin vüsət aldığı bugünkü dünyamız sülh və yenilənmə mesajına hər zamankindən daha çox ehtiyac duyur. Diplomat çıxışında Novruz bayramının əhəmiyyətini, mədəni irsin tərkib hissəsi kimi qarşılıqlı hörmət, anlaşma və sülh idealları əsasında xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün vacib rol oynadığını, mədəni və qədim adət-ənənələri əks etdirdiyini, beynəlxalq əməkdaşlığın inkişafına töhfə verdiyini və mədəniyyətlərarası dialoqu təşviq etdiyini vurğulayıb: "Hər ölkədə Novruz bir qədər fərqli şəkildə qeyd olunsa da, birləşdirici xüsusiyyətləri var ki, bu da onu bütövlükdə dünya üçün mükəmməl, rəngarəng və çoxşaxəli, ümumi məqsəd və istəklərlə bir araya gətirən mükəmməl metafora edir".

Tədbirdə 12 müxtəlif ölkədə Novruz bayramının atributlarını, adət və ənənələrini özündə əks etdirən videoçarx nümayiş etdirilib. Görüntülərdə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, Bakının gözəllikləri, Novruz adət-ənənələri və milli təamları nümayiş olunub. Tədbirdə həmçinin qonaqlara Novruz atributlarının yer aldığı nəhəng xonça təqdim olunub. Xonçada Azərbaycanın hazırladığı rəngarəng güşə qonaqlar tərəfindən maraqla qarşılanıb.




















SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı