Moskva "Dinamo"su "Qarabağ"ın 32 yaşlı rusiyalı qapıçısı Andrey Lunyovun xidmətində maraqlıdır.
yenısehıfe.az xəbər verir ki, bu barədə jurnalist İvan Karpov öz Telegram hesabında məlumat verib.
Bundan əvvəl mətbuatda Andrey Lunyova "Krılya Sovetov"a gedə biləcəyi və "Rostov"a mümkün transferi ilə bağlı şayiələr yayılmışdı.
Qeyd edək ki, bu mövsüm 32 yaşlı qolkiper "Qarabağ"ın heyətində bütün turnirlərdə 32 matçda iştirak edib, bunun 10-da qapısından qol buraxmayıb.
Futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" portalı futbolçunun dəyərini 1 milyon avro olaraq qiymətləndirir.