Yeni Səhifə

Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq

Tarix:30-08-2024, 21:49 Baxış Sayı:56 Kateqoriya:Gündəm / Dünya

Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

YENISEHIFE.AZ xəbər verir ki, «Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq» adlı süjetdə Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfərinə, Moskvanın Ermənistanda və bölgədəki maraqları, geosiyasi mübarizənin regiona təsirləri, Zəngəzir dəhlizi ətrafında intriqaların kəskinləşməsi ilə bağlı məsələlərə toxunulur.

Bildirilir ki, indiki diplomatik mübarizə tarixi torpaqlarımız olan Qərbi Azərbaycan məsələsini aktuallaşdırır: «Çünki Zəngəzur dəhlizinin açılması tarixi torpaqlarımıza qayıdış strategiyasının əsas komponentlərindən biridir. Hazırda müşahidə edilən prosesləri nəqliyyat dəhlizləri üzərindəki mübarizə adlandırmaq mümkündür. Bu mübarizədə Zəngəzur dəhlizi açar mövqeyə malikdir. ABŞ Cənubi Qafqazdakı kommunikasiyanı Rusiya və Çinin iştirakı olmadan, öz planına uyğun aça bilərsə, Orta dəhlizi nəzarətə götürəcək və Moskva üçün həyati əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat layihəsinə problem yaradacaq. Rusiya önə çıxarsa, həm regiondankənar qüvvələri oyundan çıxaracaq, həm regionun kommunikasiyasında iştirak imkanı əldə edərək, Orta dəhlizdə mövqelərini gücləndirəcək, həm də Şimal-Cənub layihəsinin işləkliyini təmin edəcək».

Qeyd olunur ki, pərdəarxası proseslərdə Zəngəzur dəhlizi ətrafında intirqalar kəskinləşib və Rusiya dəhlizin 2020-ci il 10 noyabr razılaşmasının 9-cu bəndinə uyğun, yəni Federal Təhlükəsizlik Xidmətinin (FTX) iştirakı ilə açılmasında israrlıdır. Bunun üçün Ermənistana təzyiqlərini artıracaq. Ermənistanın təzyiqdən yayınmaq üçün iki istiqamətdə addım atacağı mümkün variantlardandır. Birincisi, İrandan dəstək istəyəcəklər. İkincisi, Qərbdən praktiki dəstək almağa çalışacaqlar. Bu, Qərb qüvvələrini bölgədə yerləşdirilməsini sürətləndirə, hətta buna zəmin yaratmaq üçün Azərbaycanla sərhəddə təxribat hücumlarını genişləndirə bilər. Bu təxribatların məsuliyyəti Ermənistan və onu dəstəkləyən ölkələrin üzərinə düşür».

Sonda vurğulanır ki, mümkün təxribatlar Azərbaycan Ordusunun hərəkətə keçməsi və şərti sərhədlərin tarixi torpaqlarımızın – Qərbi Azərbaycanın dərinliklərinə qədər irəli çəkilməsi ilə nəticələnə bilər: «Ermənistan təxribata əl atanda iki dəfə düşünməlidir...»

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi «XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin», – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında avqustun 29-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.










SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı