Qarabag Media

COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb

Tarix:13-09-2024, 22:30 Baxış Sayı:78 Kateqoriya:Gündəm / Siyasət

COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb


Azərbaycanda keçiriləcək COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb.

COP29 Əməliyyat Şirkətindən "Report"a verilən məlumata görə, onların arasında Strateji təsir üzrə Tərəfdaş "PASHA Holding" və Dayanıqlı inkişaf üzrə Tərəfdaş "Azersun Holding" kimi Azərbaycan şirkətləri yer alır. Bu tərəfdaşlıq sözügedən şirkətlərin dayanıqlı fəaliyyət və qlobal iqlim hədəflərinə kollektiv sadiqliyini nümayiş etdirir.

Yerli tərəfdaşlar Azərbaycanın Milli Öhdəlik Proqramında iştirak edir. Bu proqramın məqsədi COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təklif olunan məsləhət və təlim sessiyalarında iştirak etməklə, peşəkar bacarıqları və resursların idarə olunmasını artırmaq üçün iqlim hədəflərinə nail olunması, gələcək ekoloji, sosial və korporativ idarəetmə (ESG) strategiyalarının formalaşdırılması və yerli tərəfdaşlıq meyarlarına uyğunluq baxımından Azərbaycan şirkətlərinin daxili potensialının qiymətləndirilməsidir

Yaradılan bu imkandan istifadə etməklə Tərəfdaşlar qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər.

Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər ekoloji siyasətlərinin təkmilləşdirilməsində və 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm həlledici rolunümayiş etdirə bilərlər.

COP29-da sözügedən Tərəfdaşlara builki sərgilərdə iştirak edən qlobal şirkətlər də qoşulacaq. Bu şirkətlər arasında iqlim baxımından təmiz məhsul və müvafiq həll variantlarını nümayiş etdirən müxtəlif təşkilatlar da yer alır.

Tərəfdaşların birgə səyləri sayəsində COP29 Yaşıl Zona iqlim fəaliyyətlərinin təşviqi üçün bütün maraqlı tərəflərin bir araya gələrək təcrübə və bilik mübadiləsi apardıqları platformaya çevriləcək.

Öz məhsul və xidmətlərini sərgiləyəcək əsas beynəlxalq təşkilatlarla yanaşı, Yaşıl Zonada həmçinin müxtəlif təqdimatlar, seminarlar, brifinqlər, şəbəkələşmə imkanları və musiqi tədbirləri kimi geniş fəaliyyətləri ehtiva edən məqsədyönlü proqramlar da keçiriləcək.

Tədbirə qatılan şirkətlər üçün yaradılmış imkanlar arasında daha rahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edən teatral auditoriya zallarında tədbir keçirmək üçün rezervasiya variantları da mövcuddur. Bundan başqa, ikitərəfli və çoxtərəfli görüş otaqları da əməkdaşlıq, bilik mübadiləsi və şəbəkələşmə imkanlarını təklif edir.

COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova tərəfdaşlarının elan edilməsi ilə bağlı bunları deyib:

"Mən "Pasha Holding" və "Azersun Holding" şirkətlərini Azərbaycanda keçiriləcək COP29 tədbirində ilk rəsmi tərəfdaşları kimi salamlayıram. Builki COP beynəlxalq iqlim siyasətlərinin müzakirəsi, iqlim fəaliyyətinin təşviqi və həm dayanıqlı, həm də davamlı gələcəknaminə qlobal əməkdaşlıq üçün mühüm platforma olacaq.

Tərəfdaşlarımız COP29 çərçivəsində bu ambisiyanı həyata keçirməyimizə dəstək baxımından mühüm rol oynayacaqlar və biz faydalı iqlim fəaliyyəti naminə sıx əməkdaşlıq edəcəyimizə ümid bəsləyirik".

"PASHA Holding" şirkətinin Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev qeyd edib:

"COP29 tədbiri "PASHA Holding" şirkəti tərəfindən həyata keçirilən dayanıqlılıq fəaliyyətləri baxımından mühüm rol oynayacaq. Bu səbəbdən, biz bu il Bakıda keçiriləcək COP29 konfransının Strateji təsir üzrə Tərəfdaşı olmaqdan qürur duyuruq.

Biz daha çox məlumat toplamaq və təcrübə mübadiləsi aparmaq üçün dünya liderləri və maraqlı tərəflərlə çalışmağa, eləcə də daha firavan və dayanıqlı dünya naminə konstruktiv əməkdaşlıq və irəliləyiş imkanlarını araşdırmağa can atırıq".

"Azersun Holding" şirkətinin Müşahidə Şurasının sədri Abdolbari Gözəl söyləyib:

"COP29 tədbirinin tərəfdaşı olmaq "Azersun" şirkətinin dayanıqlılığa olan sarsılmaz əzmkarlığının göstəricisidir. İnanırıq ki, qlobal liderlərlə birlikdə çalışmaqla, biz əhəmiyyətli dəyişikliyə nail ola və hamımız üçün daha dayanıqlı gələcəyə töhfə verə bilərik. Biz səbirsizliklə COP29 Yaşıl Zonasında keçirəcəyimiz görüş və fəaliyyətləri gözləyirik".











SON XƏBƏRLƏR
“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir
Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası günüdür
Bank maşınları təcili satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR
“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
Rusiya Iranın "qırmızı xətt"ini tanımadı: "Zəngəzur dəhlizi açılmalıdır" - GƏLİŞMƏ
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır?
Yaponiyanın məşhur avtomobil brendləri birləşir
Yeni səviyyəyə yüksələn əlaqələr: Birgə Bəyannamə iki mühüm hadisə fonunda
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
FATEH BƏY: Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü
Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN - VİDEO
ELVİN PAŞAYEV : Dövlətçilik tariximizi qürurla yaşadırıq
MANAF MANAFOV: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm bir mərhələni təşkil edir
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Kral III Çarlz Prezident İlham Əliyevi Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib
28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir