Qarabag Media

“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir

Tarix:7-11-2024, 16:27 Baxış Sayı:108 Kateqoriya:Gündəm / Cəmiyyət

“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir




“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir

Azərbaycanda bir sıra hökumət strukturları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirləri, həmçinin abadlıq işləri keçirirlər. Aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilir. Gözlənilən nəhəng beynəlxalq tədbir ərəfəsində Bakı şəhərinin küçə və prospektlərdə yol infrastrukturu yenidən qurulur.
Onu da qeyd edək ki, sahibkarlıq subyektlləri də ölkəmizə yerli, regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaq bu tədbirin yaxşı alınması üçün hökumətə tərəf müqabili kimi çıxış edir, fəaliyyət göstərdikləri ərazidə və onun hüdudlarından kənarda belə COP 29-a görə öləkəmizə təşrif buyuracaq xarici qonaqların yaxşı təəssürata yiyələnmələri üçün əllərindən gələn köməyi əsirgəmirlər. Bu çərçivədə həyata keçirilən abadlıq işlərinə töhfə verən şirkətlər arasında paytaxta bitişik Xırdalan şəhərində həyata keçirilən “Blue City” Yaşayış Kompleksi layihəsinin icraçısı olan şirkət də vardır.
Öz füsunkar memarlığı ilə göz oxşayan "Blue City" Yaşayış Kompleksi Xırdalan ərazisində yaşam üçün geniş imkanları ilə seçilən komplekslərdən biri olacaq. “Blue City" layihəsi Xırdalan şəhəri, Həsən Əliyev 7 ünvanında Bakı Mühəndislik Universitetinin yanında yerləşir.
Ərazisindəki ən böyük yaşayış kompleksi olan “Blue City” layihəsində 16 və 14 mərtəbəli olmaqla toplamda 25 yaşayış binası vardır. Ümumilikdə 1, 2, 3 otaqlı mənzillərə sahib olan ecazkar memarlıq layihəsinin göz oxşayan mənzərəsi sakinlərinə valehedici gözəllik bəxş edəcəkdir.
Şirkətin başlıca məqsədi müştərilərimizin qısa zamanda evlərinə yerləşməsini təmin etməkdir. Hal-hazırda, binalarda ardıcıl və intensiv olaraq tikinti işləri gedir ki, bu da öz növbəsində ilk sakinlərinin mənzillərə sahib olmaq arzusunu reallaşdırmaqdan ötrüdür.




​8 noyabr - Zəfər Günüdür


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.

Yaşasın Ali Baş Komandan!

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!




“Blue City Yaşayış Kompleksi 8 Noyabr - "Zəfər Günü” münasibətilə Azərbaycan xalqını təbrik edir, hər bir azərbaycanlı ailəsinə xoşbəxtlik arzulayır.







YENISEHIFE.AZ

























SON XƏBƏRLƏR
“Blue City” Yaşayış Kompleksi COP 29-a hazırlıq müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edir
Bakıda vətəndaşlar içəridə ola-ola evi sökdülər - ANBAAN VİDEO
18 Oktyabr - Dövlət Müstəqilliyinin bərpası günüdür
Bank maşınları təcili satışa çıxarıldı - UCUZ QİYMƏTLƏR
“Leyli və Məcnun” Gənc Tamaşaçılar Teatrının səhnəsində
COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb
Ayselin arxiv fotosundan yazdılar: "Dünya tarixinin ən gözəl xanımı... "
İlham Əliyev Bakıda keçirilən beynəlxalq sərgi iştirakçılarına müraciət ünvanladı
Azərbaycan Prezidenti: Ermənistanı bizə qarşı yönəltmək üçün bəzi Qərb dövlətlərinin planları göz qabağındadır
Azərbaycanda icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
İlham Əliyev Səudiyyə Ərəbistanı kralını təbrik etdi
COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb
Prezident İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidentini qəbul edib
"Formula 1": Bakıda səkkizinci yarış bu gün start götürür
Rusiya Iranın "qırmızı xətt"ini tanımadı: "Zəngəzur dəhlizi açılmalıdır" - GƏLİŞMƏ
Türkiyənin Azərbaycandakı səfirliyində 30 Avqust - Zəfər Bayramı münasibətilə tədbir keçirilir
Qərbi Azərbaycan Xronikası: Rusiya Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlərini artıracaq
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Qızmar günəşdən qorunmaq üçün nələr etməliyik?
Başına bit düşən uşaqlara hansı dərman vurulmalıdır?
Yaponiyanın məşhur avtomobil brendləri birləşir
Yeni səviyyəyə yüksələn əlaqələr: Birgə Bəyannamə iki mühüm hadisə fonunda
Paris-2024-də günün yekunu: Azərbaycan boksçusu üçün uğurlu gün
FATEH BƏY: Zəfər tariximizin başlanğıcı: 15 İyun - Milli Qurtuluş Günü
Rusiya sülhməramlıları Azərbaycanı tam tərk etdilər: Xocalıda TARİXİ AN - VİDEO
ELVİN PAŞAYEV : Dövlətçilik tariximizi qürurla yaşadırıq
MANAF MANAFOV: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti xalqımızın zəngin dövlətçilik tarixində çox mühüm bir mərhələni təşkil edir
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Kral III Çarlz Prezident İlham Əliyevi Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib
28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir