Yeni Səhifə

COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir

Tarix:21-11-2024, 16:47 Baxış Sayı:798 Kateqoriya:Gündəm / Cəmiyyət

COP29 kimi böyük beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi isə böyük tarixi hadisədir

Paytaxt Bakı yenidən dünyanın diqqət mərkəzindədir. Qlobal iqtisadi layihələrin reallaşdığı, Avropanın enerji xəritəsinin cızıldığı Azərbaycanda bu dəfə dünya liderləri iqlim fəlakətlərindən xilas yollarını axtarırlar. İlk növbədə onu qeyd edək ki, dünyanın ən mötəbər tədbiri olan COP29-un məhz Bakıda keçirilməsi haqqında qərarın verilməsi ölkəmizə və onun liderinə göstərilən yüksək ehtiramın nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.

Beləliklə, tarixi an baş verdi. Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirildi. Prezident İlham Əliyev ənənəvi olaraq açılış mərasimindəki çıxışında mühüm mesajlarla dünya gündəminin diqqət mərkəzinə düşdü. Dövlət başçısı, ilk növbədə, 196 ölkənin COP29-un Bakıda keçirilməsi ilə bağlı yekdil qərarının Azərbaycana hörmət əlaməti və beynəlxalq aləmdə fəal rolumuzun qiymətləndirilməsi olduğunu vurğuladı. Heç kimə sirr deyil ki, Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə seçilməsi ilə paralel olaraq Bakı koordinasiyalı qarayaxma kampaniyasının hədəfinə çevrildi. Bunun fonunda özlərini




müstəqil adlandıran bir sıra QHT və siyasətçilər Azərbaycan haqqında daha çox dezinformasiya yaymaq üçün bir-biri ilə rəqabət apardılar. Cənab İlham Əliyev çıxışında xarici mediadan, beynəlxalq strukturlardan, belə deyək, “vətəndaş” birliklərdən bəzi qüvvələrin, əslində, müstəqil olmadığını çox aydın şəkildə qeyd etməklə bildirdi ki, rəsmi Bakı istənilən anti-Azərbaycan təxribatlarına, o cümlədən dünya geosiyasətinin ideoloji aspektlərinə hazırdır. Ona görə də istənilən sahədə, istər diplomatik, istər siyasi-iqtisadi, istər hərbi, istərsə də mədəni-tarixi sahədə Bakıdan həmişə dərhal əhəmiyyətli cavab gəlir. Üstəlik, azərbaycanofoblara ciddi reaksiya ölkədə müəyyən böyük forumların uğurla keçirilməsi prizmasından keçir. Bu da qərəzli qüvvələrin səylərini mənasızlaşdırır.

Ümumiyyətlə, bu vəziyyət bizim üçün yeni deyil. Məsələn, “Avroviziya-2012” mahnı müsabiqəsində və “Bakı-2015” Birinci Avropa Oyunlarında, eləcə də digər böyük beynəlxalq tədbirlərin keçirilməsi ərəfəsində və sonra Azərbaycan bədnam qüvvələrin qarayaxma kampaniyası ilə üzləşmişdi. Lakin Azərbaycan bu tədbirlərin hər birini yüksək səviyyədə keçirməklə bütün şər və böhtanlara layiqli cavab vermişdi. Prezident İlham Əliyev BMT-nin mötəbər tədbirində Azərbaycana qarşı köklənən qüvvələrə bir daha layiqli cavab verərək ölkəmizə qarşı belə oyunların mənasız olduğunu bir daha diqqətə çatdırdı.






Bədxah qüvvələrin gözlədiyinin əksinə olaraq, dünya Bakıya toplandı, 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçı boykot tərəfdarlarını məyus etdi.

Prezident COP29 tribunasından ölkəmizin iqtisadi qüdrətindən danışaraq bəyan etdi ki, beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalına baxmayaraq, biz özünü təmin edən iqtisadiyyata və müstəqil siyasətə malik güclü ölkəni qura bildik. Eyni zamanda, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerjinin inkişafı, Günəş və külək enerjisi layihələri ilə bağlı fəal işlər gedir. Bütövlükdə, yaşıl enerji istehsalı ölkəmizin enerji strategiyasının əsas istiqamətlərindən biridir.

Azərbaycan Prezidenti məzmunlu çıxışında ölkələrə verilən meyarlara da toxundu. Dövlət başçısı nitqində Azərbaycanın bir çox iqtisadi parametrlərə görə yüksək nəticələrə malik olduğunu bildirərək xüsusi qeyd etdi ki, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməməlidir. Təbii sərvətlərin insanlara lazım olduğunu vurğulayan cənab İlham Əliyev çıxışında bəyan etdi ki, COP29-un sədri kimi Azərbaycan yaşıl keçidin güclü carçısı olacaq.

Beləliklə, COP29-un Liderlər Sammitinin açılış mərasimində nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən Prezident İlham Əliyev yaşıl gündəliyi ilə qlobal səylərə töhfələr verən ölkəmizin uğurlarını həzm edə bilməyən Qərbin yalan xəbərlər tirajlayan media ittihamçılarına, boykotçulara yerini göstərdi. Dövlətimizin başçısı, həmçinin onu sübut etdi ki, Azərbaycan yalnız iqlim fəsadları və onun yaşatdığı problemlərin deyil, həm də ikili standartlar siyasətinin qurbanına çevrilmiş ölkələrin, xalqların, bir sözlə bəşər övladının taleyindən narahatdır. Dünyanı iqlim dəyişmələri ilə paralel, ikili siyasətin fəsadlarından da qorumağın vaxtı çatıb. Bəşəriyyət COP29-dan həm də bu qətiyyəti gözləyir.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı