Qarabag Media

Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib

Tarix:28-12-2024, 20:36 Baxış Sayı:99 Kateqoriya:Gündəm

Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

yenısehıfe.az Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb.

Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb.

Dövlət başçıları həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.



















SON XƏBƏRLƏR
“Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Şahbaz Şərif Laçında İlham Əliyevlə görüşündən yazdı
Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
Prezidentə təbriklər gəlməkdə davam edir
Sosial-İqtisadi Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib
Qurbanlıq heyvanların satış məntəqələri - Siyahı
Bakıda bir qrup şəxsə MƏNZİL VERİLƏCƏK
İki nüvə dövləti arasında gərginlik: Hava məkanları qarşılıqlı bağlandı
Təhsil eksperti ilə DİM sədri arasında QALMAQAL: Neçə nəfərin qiymətlərində düzəliş edildi?
ABŞ-nin Türkiyədəki səfiri Trampın Suriya üzrə xüsusi nümayəndəsi olacaq
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 3 qızıl medal qazanıblar
İlon Maskın Ağ Evlə dostluğunu maraq məhv edib: Milyarder hansı gizli məlumatı əldə etmək istəyib?
BİR XALQIN ÜMİD İŞIĞI ,BİR DÖVLƏTİN DAYAĞI ; Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri , Azərbaycan Respublikasının Baş nazirinin köməkçisi -- Əhməd Cuma oglu Əhmədzadə
heydər əliyev siyasəti gələcəyin təminatidir --FUAD HACIYEV AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADRMİYASINİN DƏYƏRIİİ REKTORU VƏ İDMAN SAHƏSİNDƏKİ LİDER FƏALIYYƏTLƏRİ
Ötən ay sərhəddə 5 milyon manatlıq qaçaqmal tutulub
Fəxrəddin Manafov və İlham Qasımova vəzifə verildi
Ukrayna ordusu Krıma desant hücumuna hazırlayır
İlham Əliyev sərəncam imzaladı
Tramp ermənilərin gözləntilərini puç etdi
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır- FAKTİKİ HAVA
XİN başçısı: ATƏT-in Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur
İlham Əliyev Bakıdakı Müqəddəs Məryəm Ana kilsəsində Roma Papasının vəfatı ilə əlaqədar başsağlığı verib
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
Rəis müavini Emil Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib
Azərbaycan mediasına kiberhücum - "Global Media Group"u kimlər hədəfə alıb? - ŞƏRH
Bu məşhurlar estetik əməliyyatların QURBANINA çevrilib - VİDEO
Tramp və Putin danışdı
Bakıda yeni yol salınır - 1650 ağac köçürüləcək
Polad Bülbüloğlu 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" təlimlərində daha üç ölkə ilə birlikdə tapşırıqlar icra ediblər