Qarabag Media

İlham Əliyevin Rusiyadan üç tələbi: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat

Tarix:30-12-2024, 09:08 Baxış Sayı:0 Kateqoriya:Gündəm

İlham Əliyevin Rusiyadan üç tələbi: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibəsində Bakı-Qroznı istiqaməti üzrə reysi yerinə yetirməyə çalışan AZAL-a məxsus təyyarənin qəzaya uğraması, səbəbləri və bu faciəvi hadisədən irəli gələn məsələlərlə bağlı fikirlərini bölüşdü.

Şübhəsiz ki, bu müsahibə onun "Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm" fikrinin daha bir təsdiqidir.

YENİSEHİFE.AZ "report.az"a istinadən xəbər verir ki, dövlət başçısı Aktauda Azərbaycan təyyarəsinin düşməsi xəbəri alınan ilk saatlardan məsələni diqqət mərkəzində saxladığını və bununla bağlı bütün zəruri addımları atdığını bildirib. Azərbaycan lideri qəza xəbərini Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən aldığını və dərhal müvafiq göstərişlər verdiyini deyib.

"Dərhal göstəriş verdim və təyyarə geri - Bakıya döndü. Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim", - deyə Prezident qeyd etdi.

Təbii ki, hadisə ilə bağlı sürətli və operativ şəkildə verilən qərarlar təqdirəlayiq idi. İlk olaraq Dövlət Komissiyası yaradıldı, müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə ezam edildi. Atılan addımlar İlham Əliyevin liderlik xüsusiyyətlərinin ən yüksək səviyyədə göstəricisi idi. Bu qətiyyətin, prinsipial mövqenin nəticəsi idi ki, insidentdən bir müddət sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan liderinə üzrxahlıq zəngi etdi və təyyarə qəzasının raket hücumuna məruz qaldığı etiraf olundu.

Təbii ki, xeyli insan ölümü ilə nəticələnən bu irimiqyaslı qəza üçün bir üzrxahlıq mesajı kifayət edə bilməz. Dövlət başçısının Azərbaycan Televiziyasına müsahibəsində səsləndirilən fikirlər də bunu təsdiq edir.

"Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya "qara qutu"lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır", - deyə İlham Əliyev vurğuladı.

Bu fikirlər Prezidentin qətiyyətini, hər zaman dövlətin, xalqın maraqlarına önəm verməsini göstərir.

Dövlət başçısının rusiyalı həmkarı ilə telefon danışığından bir gün əvvəl mediada yayılan xəbərlərdə də bəyan edildi ki, rəsmi Bakı təyyarə qəzasının səbəblərinin ört-basdır edilməsinə heç bir halda yol verməyəcək. Prezident müsahibəsində bu məsələdə nə qədər prinsipial olduğunu da nümayiş etdirdi.

Müsahibədə Rusiya tərəfinin, bəzi rəsmilərin qəza ilə bağlı ortaya atdıqları cəfəngiyyatlar da sərt tənqid olundu.

"Təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu", - Prezident bildirdi.

Təbii ki, burada hər hansı bir qəsdən terror aktı törətməkdən söhbət gedə bilməz. Prezident də bunu açıq şəkildə söylədi:

"Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi tədbirlər və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik".

Bu arada qeyd edək ki, İlham Əliyevin qətiyyətini həm 44 günlük Qarabağ müharibəsi zamanı, həm də sonrakı dönəmdə bütün dünya gördü. Bu qətiyyət sayəsində Qərbin Azərbaycana maksimal təzyiqləri nəticəsiz qaldı. Sevindirici haldır ki, Azərbaycan xalqı təyyarə qəzası zamanı da eyni qətiyyət və prinsipiallığa şahidlik etdi.

Azərbaycan Prezidenti müsahibəsində açıq şəkildə bəyan etdi ki, qəzanın istintaqı müstəqil ekspertlərin iştirakı ilə aparılacaq:

"Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır".

Budur əsl mövqe! Dövlət başçısı bir daha əmin etdi ki, qəza ilə bağlı bütün araşdırmalar aparılacaq, məsuliyyət daşıyanlar cəzalandırılacaq.

"Yenə də deyirəm, "qara qutu"lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək", - Prezident əminliklə vurğuladı.

Müsahibədə o da bəyan edildi ki, təyyarə qəzasının təfərrüatları tam və açıq şəkildə hər bir Azərbaycan vətəndaşına çatdırılacaq və hər şeyə aydınlıq gətiriləcək.

Prezident müsahibəsində Rusiya tərəfindən bir çox suallara cavab verilməsini də istədi. Dövlət başçısı ortaya xeyli sual qoydu. Əminik ki, bu suallara çox yaxında cavab veriləcək.

Yekunda İlham Əliyevin müsahibədə səsləndirdiyi son fikirlərə diqqət çəkmək istərdik. Çünki bu fikirlərdə Azərbaycan dövlətinin əsas tələbləri yer alır:

"Tələblər açıq şəkildə Rusiya tərəfinə rəsmi qaydada çatdırıldı. Rusiya tərəfi Azərbaycandan üzr istəməli, günahını etiraf etməlidir. Digər əsas tələb isə günahkarların cəzalandırması, cinayət məsuliyyətinə cəlb etməlidir. Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir".







SON XƏBƏRLƏR
"2040-cı ilə qədər Bakı şəhəri baş planda göstərilən şəkildə olmalıdır"- Elnur Fərzəliyev
İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Prezident: Rusiyanın silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, faciə baş verməzdi
Prezident: Vətəndaşlarımızın qəzada həlak olmalarına səbəb olanların cəzalandırılmasını tələb edəcəyik
Kadırov azərbaycanlıları təhdid etdi- qəzaya görə məni qınayanlar… - Media Turk TV
İlham Əliyevin Rusiyadan üç tələbi: üzrxahlıq, günahkarların cəzalandırılması və təzminat
Aktauda qəzaya uğramış təyyarənin "qara qutu"ları Braziliyaya göndəriləcək
Ramzan Kadırov dilənir: AZAL təyyarəsində həlak olanların ailələrinə pul təklif edənə bir baxın - FOTO SÜBUTLAR
Vladimir Putin İlham Əliyevə zəng edib, təyyarə qəzasına görə üzrxahlığını bildirib
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır: "Qara qutu"nun əhəmiyyəti
Bakıdan uçan AZAL təyyarəsi dron hücumları səbəbindən geri dönüb
Pilotlar və Hökumə Fəxri xiyabanda dəfn olunacaqlar
Azərbaycandan Rusiyanın 10 şəhərinə uçuşlar dayandırılır
Azerbaycan uçağı düştü mü vuruldu mu? 67 kişiden 32'si sağ kurtuldu | A Haber
Təyyarə qəzasının baş verdiyi ərazini çəkən qazaxıstanlı bloqer həbs olundu
Zaxarova: ATƏT-in Minsk qrupu və onun bütün strukturları ləğv edilməlidir
"Embraer" nümayəndələri AZAL təyyarəsinin qəzasını araşdırmaq üçün Aktauya gediblər 25 5 A-
Əsma Əsəd təcrid olunub
Kəmaləddin Heydərovdan qəzaya uğrayan təyyarə ilə bağlı ilk AÇIQLAMA
Bu gün Azərbaycanda matəmdir
Prezident tapşırıq verdi: Qəzada həlak olan və xəsarət alanların ailələrinə yardım göstəriləcək
Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanda qəzaya uğrayıb
XXI ƏSRİN ƏVƏZOLUNMAZ LİDERİ ad gününüz mübarək
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Türkiyə Suriyaya ərzaq yardımı göndərdi
Yaxın ŞərqTürkiyə-İsrail toqquşması: Suriyada gözlənilən dəhşətli ssenari
Dünya liderləri İlham Əliyevi təbrik edirlər
Generalın qətlində Baydenin oğlunun əli var
Almaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİBmaniyada terror aktı: 11 ölü, 80 yaralı - YENİLƏNİB
XXI ƏSRİN ƏVƏZOLUNMAZ LİDERİ AD GÜNÜNÜZ MÜBARƏK CƏNAB PREZİDENT!