Yeni Səhifə

Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"

Tarix:29-06-2025, 21:58 Baxış Sayı:88 Kateqoriya:Gündəm / Hadisə / Siyasət

Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"


"OMON dəstəsi əmilərimin evinə basqın edib, iki nəfəri öldürüb, 6 nəfəri həbs edib".

YENISEHIFE.AZ xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının qohumu Elnur Səfərov deyib.

O bildirib ki, hadisə qəfil baş verib: "Hücum olunan evlər əmilərim və onların övladlarının evləridir. OMON dəstəsi qəfil 6 evə hücum edib, əmilərim Ziyəddin Səfərov və Hüseyn Səfərovu qətlə yetirib, 6 nəfəri isə həbs ediblər.

Həbs edilənlərə xüsusi işgəncələr verilib. 4 əmimdən hələ xəbər ala bilmirik. Saxlanılan iki əmim oğlunu - Vüqar və Məhəmməd Səfərovu bu gün sərbəst buraxıblar.

Amma hazırda 4 əmim - Kamal, Məzahir, Ayaz və Zakir Səfərovlardan hələ də xəbər yoxdur. Vüqar və Məhəmmədin bədənində müxtəlif bədən xəsarətləri var. Onları xəstəxanaya apardıq, yardım etdilər. Həbs olunan qohumlarımızın hamısına xüsusi amansızlıqla işgəncələr veriblər. Hamısının bədəninə elektrik cərəyanı buraxıblar, zülm veriblər. Əmimgilə də ağır işgəncələr veriblər. Amma onlardan hələ xəbər tuta bilmirik. Hadisə nəyə görə olub, hansı səbəbdən saxlanılıblar, bizə heç bir məlumat verməyiblər".

Qətlə yetirilən Səfərov qardaşlarının cənazələrinin Azərbaycana gətirilməsinə gəlincə isə Elnur Səfərov bildirib ki, bu barədə onlara hələ məlumat verilməyib:

"Məlumata görə, cənazələrin bizə veriləcəyi tarix sabah açıqlanacaq".

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində 50 azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində beş nəfər öldürülüb.











SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı