Yeni Səhifə

Müasir Qərb və qədim Şərq ənənələrini özündə birləşdirən XANIM

Tarix:23-08-2025, 12:01 Baxış Sayı:92 Kateqoriya:Gündəm

Müasir Qərb və qədim Şərq ənənələrini özündə birləşdirən XANIM


Birinci vitse-prezident Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyət spektri əksər sahələri əhatə edir. Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında da onun misilsiz xidmətləri var.

Birinci vitse-prezident Mehriban Əliyeva müasirlik, humanizm və xeyirxahlıq, birlik və bərabərlik prinsiplərini əsas tutan müstəqil Azərbaycanın ən görkəmli ictimai-siyasi xadimlərindəndir. Bu dəyərlərin formalaşması, Azərbaycan adının dünyada duyulması, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında birinci xanım Mehriban Əliyevanın misilsiz xidmətləri var.



Azərbaycan qadınına verilən dəyər

Bu gün ölkəmizin adı ilə sahə yoxdur ki, orada Mehriban Əliyevanın imzası və təşəbbüsü olmasın. Onun ictimai-siyasi fəaliyyət spektri əksər sahələri əhatə edir, hər bir vətəndaşın, sakinin həyatına müsbət mənada təsir göstərir. Tək rəhbəri olduğu Heydər Əliyev Fondunun uzun illər Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rolu xatırlatmaq kifayətdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu gün müasir Qərb və qədim Şərq ənənələrini özündə birləşdirən Azərbaycan qadını obrazını dünyaya tanıdır. Ailəyə, Vətənə, xalqına dərin sevgi və məhəbbətlə, sarsılmaz iradə ilə bağlanan bu obraz Azərbaycan qadınının nə dərəcədə mükəmməl və yüksək keyfiyyətlərə, xarakterə malik olduğunun təcəssümüdür.





Qlobal miqyaslı fəaliyyət

Mehriban Əliyevanın ICESCO-nun xoşməramlı səfiri olması onun fəaliyyətinin həm də qlobal miqyaslı olmasını şərtləndirir. Dünyada baş verən proseslərin, Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan məqamların düzgün qiymətləndirilməsi Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən qlobal miqyaslı layihələrin uğurunun əsas təməl prinsiplərindəndir. Birinci xanımın dünya mədəniyyətinə, dinlərarası və mədəniyyətlərarası dialoqa, multikultural dəyərlərin təbliğinə istiqamətlənən uzaqgörən ictimai-siyasi fəaliyyəti Azərbaycanın müasir və demokratik prinsiplərə sahib ölkə imicinin formalaşmasında özünəməxsus rol oynayır. Bu fəaliyyət həm də Azərbaycana qarşı planlar quran qüvvələrin məqsədlərinin reallaşmasının qarşısını alır. Hansı ki, işğal dövründə və tarixi qələbəmizdən sonra ölkəmizə qarşı həyata keçirilən, həqiqətlərdən uzaq informasiya müharibəsinin miqyası günü-gündən artırdı. Məhz Birinci vitse-prezident Mehriban Əliyevanın dünya miqyasında rəğbətlə qarşılanan fəaliyyəti bu informasiya müharibəsində Azərbaycanın ən böyük üstünlüklərindən biri sayılır.





Dünya mədəni irsinə töhfələr

Məhz onun təşəbbüsü ilə Azərbaycan muğamı, dünyanın ən qədim tarix-arxeoloji qoruğu - Qobustan, aşıq sənəti, İçərişəhər kimi neçə-neçə Azərbaycan adına bağlı milli-mənəvi, tarixi-mədəni irsimizin daşıyıcıları olan nümunələr dünya maddi-mənəvi irsi siyahısına daxil edilib. Bu siyahının genişliyi həm də dünyada Azərbaycan adının tanınması, təbliği, ölkənin sosial-iqtisadi inkişafında mühüm rola malik turizm sektorunun dirçəlməsi baxımından böyük əhəmiyyət daşıyır.

Prezidentin ən yaxın silahdaşı

Tarixi qələbəmizdən sonra Azərbaycan daha güclü, daha müasir və müstəqil ölkə olaraq nəinki bölgəmizdə, dünyada mühüm geosiyasi aktor kimi qəbul edilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Zəfər yolunun şanlı qələbəmizlə, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası ilə yekunlaşması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xidmətləridir. Bu illər ərzində ölkəmiz üçün ən mühüm məsələ olan işğal faktına son qoyulması, güclü və müstəqil Azərbaycanın qurulması istiqamətində dövlət başçısının ən yaxın silahdaşı birinci xanım Mehriban Əliyeva olub. Azərbaycan xalqının Prezident İlham Əliyevə olan sonsuz inam və etimadı Birinci vitse-prezident Mehriban Əliyevaya olan dərin sevgi və məhəbbətlə birləşir. Bu ahəng güclü və müstəqil Azərbaycanın sabaha olan inamını daha da artırır. Daha böyük uğurların, qələbələrin və inkişafın əldə ediləcəyindən xəbər verir.

Tarixi irsimiz bərpa olunur

Qələbəmizin əldə edilməsində canlarından və qanlarından keçən şəhidlərimizin xatirəsinin əziz tutulması da Mehriban xanımın daim diqqətindədir. Birinci xanım ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən qəhrəmanlarımızın əmanətlərinə ən yüksək səviyyədə sahib çıxır, onların diqqət və qayğı ilə əhatələnməsi üçün yorulmaz fəaliyyət göstərir. Bu gün Qarabağ dirçəlir, işğal zamanı dağıdılmış, məhv edilmiş tarixi-mədəni irsimiz yenidən bərpa olunur. Keçmiş qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına layiqli şəkildə qayıtması üçün meqalayihələr həyata keçirilir. Bu işlərdə də Prezident İlham Əliyevə ən böyük dəstəyi məhz Mehriban xanım verir. Şuşada, Zəngilanda, Ağdamda yüzlərlə tarixi-mədəni irsimizin, məscidlərimizin bərpası, məktəblərin, bağçaların, səhiyyə ocaqlarının inşası onun rəhbəri olduğu Heydər Əliyev Fondu vasitəsilə həyata keçirilir. Bu gün Şuşa dağlarında Azərbaycan muğamının sədaları bütün Qarabağa yayılır. Vaqifin poeziyası bu torpaqların əzəli və əbədi sahiblərinin məhz bizlər olduğunu dünyaya nümayiş etdirir. Uzun illər həsrətində olduğumuz, sevinc və qürur hissi yaşadığımız bu məqamlarda Mehriban Əliyevanın xalqına, dövlətinə dərin sevgi və məhəbbət hissi ilə bağlı olduğu müqəddəs missiyasının payı böyükdür.



SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı