Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Beş.az məlumatına görə, mayın 13-də qızılın qiyməti mayın 10-u ilə müqayisədə 4,3775 manat azalaraq 1 unsiya üçün 2183,0125 manat təşkil edib.
Gümüş 0,1518 manat ucuzlaşaraq 1 unsiya üçün 24,9944 manata bərabər olub.
Beş.az görə, platinin qiyməti 6,0775 manat azalaraq 1451,4515 manat, palladiumun qiyməti isə 39,9245 manat artaraq 2273,104 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.