Yeni Səhifə

Xorvatiyanın futbolçusu: Azərbaycanlı futbolçu bizə Messi kimi qol vurdu

Tarix:10-09-2019, 15:34 Baxış Sayı:152 Kateqoriya:İdman

Xorvatiyanın futbolçusu: Azərbaycanlı futbolçu bizə Messi kimi qol vurdu
Nə deyəcəyimi bilmirəm. Karyeram ərzində belə oyun keçirməmişdim. Bu, sadə oyun olmalı idi. Biz üç xal qazanmalı idik.

Bunu "Nova TV" kanalına açıqlamasında futbol üzrə Xorvatiya millisinin futbolçusu Nikola Vlaşiç deyib.

Moskva ÇSKA-sının 21 yaşlı hücumameyilli yarımmüdafiəçisi Azərbaycanla 1:1 oynadıqları görüş barədə fikirlərini bildirib. O qeyd edib ki, 72-ci dəqiqədə xorvatlara qol vuran Təmkin Xəlilzadə onların müdafiəsini Argentina millisinin və "Barselona"nın ulduzu Lionel Messi kimi aparıb:

"Biz yaxşı başlayıb, sonradan mübarizəni dayandırdıq. Azərbaycan cinahlarda fəallaşdı. Ona görə də bizim çox şansımız olmadı. Bizə qol vuran oğlana yaxın deyildik, nəticədə, o, özünü Messi kimi apararaq bizə qol vurdu. Mənə danışmaq çətindir. Hamımız məyus olmuşuq. Digər oyunlarda qələbə qazanmaq vacibdir".

O, oktyabrın 10-da doğulduğu Split şəhərində keçiriləcək macarlarla oyunda qələbə qazanmalı olduqlarını bildirib:

"Bilmirəm, bəlkə də, ilk dəqiqələrdə qol vursaydım, başqa cür olardı. Bunu demək çətindir. Təəssüflər olsun ki, biz işimizi çətinləşdirdik. Ancaq hər şey bizim əlimizdədir. Bizə, sadəcə, növbəti matçlarımızı slovaklara qarşı oynadığımız kimi keçirməliyik.

Macarıstanla Splitdə keçirəcəyimiz oyun vacib olacaq. Ümid edirəm ki, möhtəşəm azarkeşlərimiz önündə "Polyud" stadionunda üç xalı qazanacağıq".

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı