Yeni Səhifə

"Mançester Yunayted"də "Ronaldu qaydası" tətbiq edildi

Tarix:9-01-2023, 14:39 Baxış Sayı:19 Kateqoriya:İdman

"Mançester Yunayted"də "Ronaldu qaydası" tətbiq edildi




"Mançester Yunayted" Kriştianu Ronaldunun gedişindən sonra məvaciblərə məhdudiyyətlər tətbiq edib.

Məlumata görə, bu yeniliyə artıq "Ronaldu qaydası" adı verilib.

Kriştianunun "Mançester Yunayted"dəki məvacibi digər oyunçularla müqayisədə xeyli yüksək idi. İndi "Yunayted"də bir oyunçu üçün mümkün olan maksimum həftəlik maaş limiti 200 min funt-sterlinq müəyyənləşdirilib.

Klubun rəhbərliyi və məşqçilər heyəti bu addımı oyunçular arasındakı mümkün paxıllıq hallarını aradan qaldırmaq üçün atıblar.

Yeni qayda David De Xeyaya birbaşa təsir edəcək. Qapıçı 2023-cü ilin yayına qədər olan müqavilə ilə həftədə 375 min funt sterlinq alır. "Mançester Yunayted"də qalmaq üçün o, maaşının əhəmiyyətli dərəcədə azaldılması ilə razılaşmalı olacaq. Belə halda onun qazancı Bruno Fernandeslə bərabərləşəcək. İspaniyalı razı olmasa, klubu tərk etməli olacaq.

Hazırda "Yunayted"in mühüm oyunçuları Rafael Varan, Harri Maquayer, Kazemiro və Fernandes təxminən bərabər maaş alırlar (həftədə 180 – 200 min funt sterlinq arasında). Komanda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, maaşlar azalacaq. Müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər olan Lyuk Şouya da analoji məvacib təklif olunacaq.

"Mançester Yunayted"in ideyası daha çox oyunçunun təxminən eyni maaşa sahib olmasıdır. Klub artıq ayrı-ayrı super ulduzların məvacibinə həftədə 500 min funt-sterlinq xərcləmək istəmir.(oxu.az)







SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı