Xəbər verdiyimiz kimi, dünən Türkiyənin "Qalatasaray" klubu ilə "Qarabağ" arasında xeyriyyə matçı keçirilib.
YENİSEHIFE.AZ xəbər verir ki, matçndan öncə yaşanan anların əks olunduğu görüntülər sosial şəbəkədə maraqla qarşılanıb.
Belə ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oyunu izləməyə gələn şəhid övladları ilə görüşüb.
Məlumata əsasən, Q. Qurbanov şəhid mayor Elsevər Paşayevin qızları Nəzrin və Banuya xüsusi diqqət ayıraraq, onların əlindən öpüb.
Sosial şəbəkə istifadəçiləri onun bu hərəkətini təqdir ediblər və videoya gözəl şərhlər yağdırıblar.