Yeni Səhifə

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yelkənli Qayıq Yarışı keçirilib - FOTO

Tarix:12-05-2019, 09:00 Baxış Sayı:175 Kateqoriya:İdman

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yelkənli Qayıq Yarışı keçirilib - FOTO


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Yelkənli Qayıq Yarışı ("Baku Sailing Regatta-2019") keçirilib.

Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən idman siyasəti, bu sahədə qazanılan nailiyyətlər sayəsində ölkəmiz beynəlxalq səviyyədə nüfuzlu dövlətlərdən biri kimi qəbul olunur. Dövlətimizin diqqət və qayğısı ilə əhatə olunan idmançılarımız da bu etimadı layiqincə doğruldurlar. Elə bir mötəbər yarış yoxdur ki, orada ölkəmizi təmsil etməsinlər, medal və mükafatlar qazanmasınlar. Bu həm də müstəqil Azərbaycan dövlətinin gücünü, idmançılarının vətənpərvərliyini göstərir. Sevindirici və qürurverici haldır ki, beynəlxalq yarışlarda uğur qazanan, Azərbaycanı layiqincə təmsil edən idmançılar sırasında yelkənçilər də var.

Azərbaycanda idmanın inkişafında danılmaz rolu olan, gələcək nəsillərin sağlam ruhda böyüməsi üçün hər zaman səylərini səfərbər edən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF/SFA) və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) birgə təşkilatçılığı ilə 9 may tarixində Bakı buxtasında start verilən Yelkənli Qayıq Yarışı ("Baku Sailing Regatta-2019") bu gün yekunlaşıb.

Ümumilikdə 30 yelkənçinin iştirak etdiyi yarışda idmançılar "Optimist", "Laser-standard", "Laser 4.7" "Laser-radial" sinifləri üzrə mübarizə aparıblar.

Final günündə Dənizkənarı Milli Parkda müxtəlif əyləncəli proqramlar, oyunlar və viktorinalar təşkil olunub. Bununla yanaşı yarışı daha yaxından izləmək üçün "Yaxt Klub"da şəhərimizin qonaqları və sakinlər üçün əlverişli şərait yaradılıb.

Final günü bütün yarış iştitakçıları "iştirakçı diplomları" ilə təltif olunublar. "Baku Sailing Regatta-2019"-un qaliblərini Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Nəzrəddin Əhmədzadə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Cəbrayıl Mahmudlu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov təltif ediblər.

Yarış iştirakçılarına dərin minnətdarlığını ifadə edən Yelkənli İdman Federasiyasının prezidenti Qüdrət Qurbanov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin xüsusi diqqəti və qayğısı sayəsində bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də yüksək nəaliyyətlərin əldə olunduğu vurğuladı. İdmançılara uğurlar arzu edən YİF prezidenti Azərbaycanda yelkənli idman növünə göstərilən qayğıdan, yelkənçilərin beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan söz açdı. O, valideynlərin övladlarının bu idman növündə iştirakına verdiyi önəmi yüksək qiymətləndirdi.

Qeyd edək ki, Dənizkənarı Milli Parka bayram əhval ruhiyyəsi gətirən Yelkənli Qayıq Yarışı ("Baku Sailing Regatta-2019") əylənmək, yarışı izləmək, yelkənli qayıq idman növü ilə yaxından tanış olmaq üçün əsl fürsət olmaqla yanaşı hər bir kəs tərəfindən böyük rəğbət və diqqətlə qarşılanıb.

Xatirladaq ki, Yelkənli Qayıq Yarışı ("Baku Sailing Regatta) ikinci ildir ki, təşkil olunur. Ötən il keçirilən Regatta həm paytaxt sakinlərinin, həm də turistlərin böyük marağına səbəb olmuşdu.

"Baku Sailing Regatta-2019"- un qaliblərinin siyahısı:

Optimist sinifi:

Murad Hacı - Zadə (YİF) Ayla Babayeva (YİF) Kristina Kərimova (YİF) Fidan Ağazadə (YİF) Timur Sikaçevski (YİF) Murad İsmayılov (YİF) Səxavət Əzimov (YİF) İsmayıl Həmidov (YİF) Bahadır Məmmədli (YİF) Ülviyyə Əhmədova (Xəzər klubu) Nikita Protasov (Xəzər klubu) Kamilla Haqverdiyeva (YİF) Emil Əzizli (YİF)

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı