Yeni Səhifə

55 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı - ADLAR

Tarix:5-08-2019, 11:55 Baxış Sayı:138 Kateqoriya:İqtisadiyyat

55 dövlət əmlakı özəlləşdirməyə çıxarıldı - ADLAR


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilən özəlləşdirmə hərracları müxtəlif iqtisadi sahələrə investisiyaların yatırılması, o cümlədən özəl sektorun inkişafı baxımından əhəmiyyətlidir.

Komitədən Unikal.org-a verilən məlumata görə, hərrac xidmətlərində elektron imkanların təminatı ilə sərmayəçilər heç bir çətinlik olmadan dövlət əmlaklarının özəlləşdirilməsinə qoşula bilir. Seçim və sifarişlərin elektron formada verilməsi, o cümlədən istənilən yerdən hərracda onlayn iştirak potensial investorların rahatlığına yönəlib.
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 03 sentyabr tarixində keçiriləcək. Ayın ilk hərracına 55 dövlət əmlakı çıxarılıb. Onlar arasında səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləri, eləcə də nəqliyyat vasitələri var. Elan edilən bu hərraca çıxarılan səhmdar cəmiyyətləri Yevlax, İsmayıllı, Goranboy kimi şəhər və rayonlarda yerləşir. Sərmayəçilər “Biləsuvar Broyler”, “Ağdaş Quşçuluq”, “Zərdab Aqrotexservis” kimi dövlət müəssisələrinin 30% ilə 45% arasında olan səhm paketlərinin özəlləşməsinə qoşula bilər. Hərraca çıxarılan səhmdar cəmiyyətlərindən biri Qax şəhəri, Ü.Hacıbəyov küçəsindəki “Qax Taxıl” adlı dövlət müəssisəsidir. Taxıl məhsullarının tədarükü, emalı və satışı üzrə fəaliyyət göstərəm müəssisənin torpaq sahəsi 84.9 min kv.m, tikili sahəsi isə 22.6 min kv.m-dir. Səhmdar cəmiyyətinin ərazisində idarə binası, yeməkxana, qarğıdalı quruducu sexləri, çörək sexi, un dəyirmanı, müxtəlif təyinatlı anbarlar və digər tikililər var. Avtomobil sahibi olmaq istəyən şəxslərin budəfəki hərracda geniş seçim imkanları var. Belə ki, buraxılış tarixi 2006-2008 olan nəqliyyat vasitələri VAZ, Qaz və Hyundai markalarına aiddir. Özəlləşməyə çıxarılan dövlət əmlakları üzrə hərracda iştirak etmək istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər. Qeyd edək ki, keçirilən hərraclara sifarişçilərlə yanaşı, digər şəxslər də həm onlayn, həm də məkana gəlməklə qoşula bilər. Bunun üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron hərrac xidmətinə (https://e-emdk.gov.az/eHerrac) daxil olmaq kifayətdir.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı