Yeni Səhifə

"Beynəlxalq Bank"ın IBA Tech Akademiyasının - İLK BURAXILIŞI OLDU

Tarix:25-12-2019, 21:52 Baxış Sayı:83 Kateqoriya:İqtisadiyyat

"Beynəlxalq Bank"ın IBA Tech Akademiyasının - İLK BURAXILIŞI OLDU
Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasının ilk buraxılışı olub. Bu münasibətlə Bakı Konqres Mərkəzində "Məzun günü” mərasimi keçirilib və məzunlara müvəffəqiyyət sertifikatları təqdim olunub.

Akademiyanın sosial layihə kimi təşkil etdiyi ilk intensiv proqramlaşdırma kurslarında ümumən 90 tələbə ödənişsiz təhsil alaraq uğurla məzun olub. Onlardan 46 nəfəri IBA Tech Akademiyasını Frontend, 44 nəfəri isə Backend ixtisası üzrə bitirib.

Mərasimdə çıxışı zamanı Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bankın ölkəmizin biznes mühitində bir ilk olan bu sosial layihəsinin böyük ictimai rəğbətlə qarşılandığını bildirib: " Bu, onu göstərir ki, ölkəmizin bu günü və gələcəyi üçün faydalı bir işə başlaya bilmişik. Bundan böyük qürur duyuruq. Başlanğıc bizim üçün çox uğurlu oldu. IBA Tech Akademiyası ilk çağırışından bu qədər istedadlı gəncimizi bir araya gətirdi. Gələn ildən yeni proqramlarımızla öz missiyamıza davam edəcəyik. Məqsədimiz Azərbaycanın əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacların qarşılanmasına kömək göstərmək, ölkəmizin innovativ inkişafına dəstək olmaqdır.

Qeyd edək ki, layihənin icrasında Azərbaycan Beynəlxalq Bankına İsrail-Ukrayna şirkəti olan DAN.IT təhsil mərkəzi metodoloji dəstək verir. Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparırlar. IBA Tech Akademiyasının yeni qəbul proqramları barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı