Yeni Səhifə

Kirayə mənzillərə müraciətin qəbulu və baxılmasi mərhələli həyata keçiriləcək

Tarix:28-02-2020, 11:26 Baxış Sayı:57 Kateqoriya:İqtisadiyyat

Kirayə mənzillərə müraciətin qəbulu və baxılmasi mərhələli həyata keçiriləcək
“Elektron ipoteka və kredit zəmanət sistemi”nin (EİKZS) kirayə mənzil modulu elektron kabinetin yaradılması və elektron müraciətin formalaşdırılması üçün vətəndaşların istifadəsinə açıqdır.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib. Məlumatda bilidirlir ki, elektron müraciətlərin qəbulu və baxılması mərhələlər üzrə həyata keçirilir. Vətəndaşlar ilkin mərhələdə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya Asan imza) istifadə etməklə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən EİKZS-də elektron kabinet yaradır və elektron müraciətini formalaşdırır. EİKZS-də elektron kabinetə malik olan və müraciətini formalaşdıran vətəndaşların elektron kabinetində müraciətlərin qəbuluna başlanması vaxtı barədə bildiriş yerləşdirilir və SMS məlumat verilir. Elektron kabinetdə bildiriş yerləşdirildikdən sonra vətəndaşlar eyni elektron kabinetdə müəyyən olunmuş vaxtda elektron müraciəti göndərir. Elektron müraciət avtomatik qeydə alınır və onlara növbə təyin edilir.

Növbəlilik əsasında vətəndaşa EİKZS vasitəsi ilə sənədlərin qəbulu tarixi təyin edilir. Qeyd edək ki, sənədlərin qəbulu prosesi 2 saylı Bakı “ASAN Kommunal” və Sumqayıt “ASAN Xidmət” mərkəzləri vasitəsilə həyata keçiriləcək.

Vətəndaşların nəzərinə çatdırırıq ki, EİKZS vasitəsi ilə yaşayış sahəsini seçmək imkanı yalnız Fond tərəfindən müraciətə baxıldıqdan və razılıq barədə qərarın qəbul edilməsindən sonra yaranır.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olmaqla əldə etmək mümkündür.

Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.(apa)

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı