Yeni Səhifə

“Pandemiyadan sonra aviabiletlərdə bahalaşma gözlənilir”

Tarix:25-04-2020, 13:14 Baxış Sayı:141 Kateqoriya:İqtisadiyyat

“Pandemiyadan sonra aviabiletlərdə bahalaşma gözlənilir”
Post-pandemiya dövründə aviabiletlərin qiymətində bahalaşma müşahidə oluna bilər.

"Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı turizm üzrə mütəxəssis Rəhman Quliyev İctimai TV-nin efirində qonaq olan zaman deyib. Ekspert bildirib ki, bilet qiymətlərinin qalxmasına səbəb Beynəlxalq Aviasiya Assosiasiyasının tövsiyələrinə uyğun olaraq, ilk uçuşlarda təyyarənin tutumunun yarısı və ya üçdə biri qədər biletlərin satılacağıdır:

"Hər hansı fövqəladə vəziyyət yarandıqda bu, ilk başda turizm sektoruna ciddi zərbə vurur. Ölkəmizdə pandemiya səngiyən kimi yerli turistləri regionlara göndərmək üçün müvafiq tədbirlər görülməlidir. Bugünkü gündə regionlarda olan otellər yerli turistlərlə müəssisələri saxlamaqda çətinlik çəkəcək. Çünki regionlara gedən turistlər adətən səhər gedib axşam qayıdırlar. Bu da, o demək deyil ki, otellər yerli turistlərlə öz otellərini saxlaya, işçi qüvvəsini dolandıra biləcəklər, ayaqda qalacaqlar. Yardım davam etdirilsə, regionlardakı otellər də düzgün qiymət siyasəti yürütsə, vətəndaşlarımız üçün minimum qiymətlərlə bazara çıxsa, insanların oraya gəlməsini təmin edə bilər. Burada ən əsas məsələ qiymətdir.

Bundan başqa, beynəlxalq uçuşlar həyata keçirilməsə, xüsusi çətinliyi paytaxtda yerləşən otellər yaşayacaq”
.
Mütəxəssis qeyd edib ki, hazırda yay ayları üçün qabaqcadan tur-paketlər alan vətəndaşlarla turizm şirkətləri üz-üzə qalıb:

"Yay ayları üçün qabaqcadan tur-paket alan vətəndaşlarla bağlı hazırda tur şirkətlərində müzakirələr aparılır. Qabaqcadan müəyyən rezervasiyalar olunub və tur şirkətləri həmin məbləğləri aidiyyatı üzrə ödəyib, yəni, maliyyə onlardan çıxıb. Şirkətlər burada vasitəçi rolunu oynayırlar. İnanıram ki, heç bir vətəndaşın pulu batmayacaq. Çünki aviaşirkətlər, partnyor şirkətlər, xaricdə yerləşən otellər vaxt dəyişikliyinə üstünlük verir”.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı