ABŞ prezidenti Donald Trampın korteji Luiziana ştatında qəzaya uğrayıb.
Beş.az ONA-ya istinadan məlumatına görə, bu barədə "Bloomberg”in müxbiri Cennifer Ceykobs öz "twitter” səhifəsində yazıb.
"Prezidentin olduğu avtomobil qaydasındadır. Lakin korteji müşayiət edən 3 motosiklet aşıb”,- deyə o bildirib. Ağ evi mətbuat katibi Sara Sanders faktı təsdiqləsə də hadisənin başvermə səbəbini açıqlamayıb.