Sürücünün səhvi faciə ilə sonlanacaqdı, lakin hadisə xoşbəxtlikdən ölümsüz ötüşüb.
Beş.az minval.info-ya istinadən xəbər verir ki, Rusiyada avtomobilin idarəetməsini itirən şəxs 6 nəfəri vurub. Belə ki, əyləc pedalı əvəzinə qazı sıxan sürücü əvvəlcə arxasında dayanan nəqliyyat vasitəsinə çırpılıb. Ardınca qarşısında olan insanların üstünə sürüb.
Güclə maşını saxlayan sürücü 4 nəfərə xəsarət yetirib.