Bakıda qadın doğuş zamanı ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün səhər saatlarında Nizami rayonunda yerləşən 7 saylı doğum evində qeydə alınıb.
Hazırda 26 yaşlı ananın ölümü ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb. Ölümün dəqiq səbəbi araşdırılır.