Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Binə qəsəbəsi Atçılıq yaşayış massivində minik avtomobili yolu keçmək istəyən 8 yaşlı Əhmədova Hədiqə Həmid qızını vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.