Yeni Səhifə

Nişanlı qızın telefonuna gələn zəng qanlı dava ilə bitdi - AZƏRBAYCANDA

Tarix:21-01-2020, 14:41 Baxış Sayı:81 Kateqoriya:Hadisə

Nişanlı qızın telefonuna gələn zəng qanlı dava ilə bitdi - AZƏRBAYCANDA
Sabirabad rayonunda qanlı cinayət hadisəsi törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Bəxtiyar Xankişiyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Naməlum zəng

Publika.az-ın xəbərinə görə, Bəxtiyar Xankişiyev 15 may 2017-ci il tarixdə, saat 13.30-da Sabirabad rayonunun Qaraağac kəndində yaşayan əmisi Elyanurun evinə gəlib.

Əmisinin evində olduğu zaman Bəxtiyar Xankişiyev qohumu Zibeydə Mirzəyevaya məxsus mobil telefona zəng gəldiyini görüb. Zibeydə həmin telefonunu Bəxtiyara verərək tanımadığı nömrə olduğuna görə cavab verməsini xahiş edib.

Nişanlıma niyə zəng vurmusan?

Bu zaman Bəxtiyar Zibeydənin telefonunu götürərək gələn zəngə cavab verib. Bir nəfər oğlanın telefonda ona kim olmasını və nişanlısının telefonuna bu nömrədən zəng gəlməsini deyib.

Həmin zəng edən şəxs bu nömrədən nişanlısının telefonuna zəng edilməsinin səbəbini soruşub. Zəng edən şəxs özünü təqdim edən zaman onunla danışanın həmkəndlisi Elmir Oruclu olduğunu bilib.

Mübahisə və dava

Elmir nişanlısının telefonuna zəng etməsini Bəxtiyara irad tutaraq mübahisə edib. Həmin vaxt Elmir ona nalayiq sözlər deyib və ondan kənddə olan "Rahat” adlı marketin yerləşdiyi yerə gəlməsini tələb edib.

Bəxtiyar evdən çıxaraq həmin gün saat 14 radələrində "Rahat” marketin yerləşdiyi yerə gəlib, kəndarası küçədə Elmir Oruclu ilə rastlaşıb. Elmir onu yenidən nalayiq sözlərlə söyüb, şillə ilə sifət nahiyəsindən vurub.

Qanlı dava və həbs

Elmir hərəkətlərini davam etdirərək Bəxtiyara əlavə zərbələr vurmağa cəhd edərkən sonuncu zərində gəzdirdiyi cib bıçağını çıxarıb və onun qarşısında sağ və sol tərəfə hərəkət etdirməklə özündən kənarlaşdırmağa çalışıb.

Bu zaman Elmir Bəxtiyara müqavimət göstərib, Bəxtiyar isə özündə olan bıçaqla ona bir neçə xəsarət yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən şəxs həbs edilib.
İstintaq orqanı tərəfindən Bəxtiyar Xankişiyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəxtiyar Xankişiyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Bəxtiyar Xankişiyev apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, cəzasının daha yüngül cəza ilə əvəz olunmasını istəyib.

"Məni təhqir etdi”

Bəxtiyar Xankişiyev qeyd edib ki, telefon zənginə qohumu Zibeydə Mirzəyevanın təkidi ilə cavab verib: "Zəng edən Elmir Oruclu məni təhqir etdi və söyüşlər söydü. Bunu yanımda olan bütün qohumlarda təsdiq edərlər. Çünkü telefonun mikrafonu xarab olduğundan bərk səslə eşidilirdi.

Sonra Elmiri tanıdığımdan, yəni həmkəndlim olduğundan, kənd dükanının qabağına gələrək məni niyə söydüyünü soruşdum. O isə yenə məni söydü və hətta yaşda və boyda da məndən böyük olduğuna görə məni döyməyə başladı. Mən isə özünü müdafiə etmək üçün bıçağımı çıxardım”.

Təqsirləndirilən şəxs daha sonra şikayətində qeyd edib: "Hətta atam ilə polis şöbəsinə gedərək hadisə barədə məlumat vermişəm. Elmirin xəstəxana xərclərini də heyvanlarımı sataraq ödəmişəm. Söyüldüyüm və döyüldüyüm üçün də ondan heç bir şikayət etməmişəm”.

Bəxtiyar Xankişiyevin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq edilib, Bəxtiyar Xankişiyevin cəzası 2 ilə endirilib.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı