Nəsimi rayonunda bir nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Çin səfirliyinin yaxınlığında qeydə alınıb. Səfirliyin yaxınlığında iki minik avtomobili toqquşub.
Nəticədə avtomobillərdən birinin sürücüsü, 1990-cı il təvəllüdlü Cəfərov Müşfiq Əfsər oğlu ağır xəsarət alıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.