Bakıda itkin düşən 34 yaşlı kişinin Türkiyəyə getdiyi məlum olub.
"Report”un xəbərinə görə, hadisə ötən ilin dekabr ayının 28-də, saat 16 radələrində, paytaxtın Suraxanı rayon, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Orxan Əliyev yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Daha sonra O.Əliyevin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi tərəfindən keçirilən müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, O.Əliyevin Türkiyəyə gedib.