Şabranda 46 yaşlı kişi dəm qazından boğulub.
Hadisə Ağbaş kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Müşfiq Quliyev əmisi oğluna məxsus evin həyətindəki hamamda dəm qazından boğulub ölüb.
Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci( Səhlənkarlıq, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.(apa)