Rusiyanın Gelencik şəhərində sürücünün sükan arxasında vəfat etməsi videoregistratora düşüb.
“Live Leaks” xəbər verir ki, videonun müəllifi önündə gedən “Toyota” avtomobilinin qəribə manevrlər etdiyini görüb və arxasınca düşüb.
Yolda saysız-hesabsız qəza vəziyyəti törədən maşın bir müddət sonra yol qırağında quraşdırılan dəmirlərə dəyərək dayanıb.
Məlumata əsasən, sürücü maşında olarkən halı pisləşib və hərəkət edən maşındaca keçinib.