Bakıda kommunal xidmət avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 24 nəfər xəsarət alıb.
BEŞ.AZ xəbər verir ki, yaralılardan 21-i böyük, 3-ü uşaqlardır.
Yaralılardan 8-i hazırda xəstəxanada müalicə alır. Qəza zamanı xəsarət alan uşaqlar da daxil olmaqla, digər yaralılar evə buraxılıb.
Qeyd edək ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.
Hadisə nəticəsində avtobusun 24 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib