Quba rayonunda qadına təcavüzdə ittiham olunan 1984-cü il təvəllüdlü Emin Mirzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Emin Mirzəliyev 3 iyul 2019-cu il tarixdə saat 15 radələrində işlədiyi Quba rayonu Rustov kəndində yerləşən “Qızılağac” kafesində pivə içib.
O, sərxoş vəziyyətə düşdükdən sonra əvvəllər də olduğu kimi evinə su aparmaq məqsədi ilə atasına məxsus “VAZ 2107” markalı avtomobillə qayınanası Səidə Babayevanın (ad və soyad şərti verilib – red.) yaşadığı Rustov kəndindəki evinə gedib. Emin Mirzəliyev Səidə Babayevanı evin mətbəxində gördükdə, onunla cinsi əlaqədə olmaq həvəsinə düşüb.
Lakin qayınanasının onunla könüllü cinsi əlaqədə olmayacağını bilib. Qayınanasına zor tətbiq etməklə cinsi əlaqədə olmaq niyyətilə ona yaxınlaşıb, onu arxadan qucaqlayıb.
Səidə Babayeva Emin Mirzəliyevin niyyətini başa düşdükdən sonra müdafiə olunmaq məqsədilə evin mətbəxindən qaçaraq digər otağa keçib, özünü otaqdakı pəncərədən həyətə atmaq istəyib.
Emin Mirzəliyev qayınanasının sağ qolundan tutub və zorakılıq göstərməklə onunla cinsi əlaqədə olub.
“Həyat yoldaşımı döymüşəm”
İstintaq orqanı tərəfindən Emin Mirzəliyevin barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Emin Mirzəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, bildirib ki, ailəsi ilə Qubanın Rustov kəndində yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləməsəm də, həmin kənddə “Qızıl-ağac” adlı kafeni icarəyə götürüb işlətmişəm. 2006-cı ildə həmkədlim Səbinə ilə ailə qurmuşam, birgə nikahdan üç uşaqlarımız var. Ailəmlə münasibətim həmişə yaxşı olsa da, tez-tez məişət zəminində mübahisələrimiz olub. Mübahisə zamanı həyat yoldaşımı döymüşəm”.
Kreditlə adına telefon almağa razılaşmadı
Emin Mirzəliyevin sözlərinə görə, həyat yoldaşı heç vaxt onun barəsində şikayət etməyib, qısa zamanda barışıblar: “Həyat yoldaşımın valideynləri ilə münasibətim yaxşı olub. Həyat yoldaşımın anası Səidə qızının tərəfini saxladığına görə onunla da tez-tez mübahisə etmişəm. Heç vaxt küsülü qalmamışıq, qaynanam da məndən heç vaxt şikayətçi olmayıb”.
Emin Mirzəliyev qeyd edib ki, iyulun 3-də özünün icarə ilə işlətdiyi kafedə olub: “Təxminən saat 14.20-də həyat yoldaşımın işlədiyi Rustov kənd tibbi məntəqəsindən götürüb evə apardım. Evə getdikdən sonra yoldaşım anasına zəng edərək onun adına kreditlə telefon almasını xahiş etdi. Lakin qayınanam adına kreditlə telefon almağa razı olmadı. Həyat yoldaşımdan telefonu aldım, onunla özüm danışdım. Qayınanam yenə də adına kreditlə telefon almağa razılaşmadı”.
“Qayınanamla cinsi əlaqədə olmaq istədim”
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra yenidən işlədiyi kafeyə qayıdıb, 400 qramlıq 2 bakal pivə içdikdən sonra saat 15 radələrində atasına məxsus “Vaz 2107” markalı avtomobilə su çəlləklərini qoyaraq su gətirmək məqsədi ilə qayınanası Səidə Babayevanın Rustov kəndində yaşadığı evinə gedib:
“Qapının ağzında qayınanamı səsldim. Evdən cavab verərək içəri gəlməyimi istədi. Qayınanam mətbəxdə idi. Onu görən kimi qəflətən ehtirasım oyandığından qayınanamla cinsi əlaqədə olmaq istədim. Onun mənimlə cinsi əlaqədə olmayacağını bildiyimdən, bu barədə ona heç bir söz demədim. Evə daxil olaraq mətbəxdə onu qucaqladım.
Bu zaman qayınanam mənim əlimdən çıxaraq mətbəxdən sol tərəfdəki otağa qaçdı. Pəncərəni açmaq istəyəndə hər iki əlimlə sağ qolundan tutdum, dartaraq çarpayının üzərinə yıxdım”.
Üstünə atıldı
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, qayınanası ucadan qışqıraraq ayağı ilə onun ayaqlarından, qarnından təpiklə vurub: “Lakin zorla qayınanamın donunun altından əlimi salaraq alt paltarını çıxardım. Qayınanam bir daha ayağı ilə mənə təpik vurdu və qışqırdı. Qayınanamın alt paltarını çıxardıqdan sonra əynimdəki şalvarı dizimə qədər çəkərək onun üzərinə atıldım.
Qayınanamın qollarından tutdum, sonra özümə sıxdım və zorla cinsi əlaqədə olmağa başladım. Qayınanam yerində çırpındı, qışqıraraq onu buraxmağımı istədi. Qolları əlimdən çıxdı və əli ilə mənim sifətimdən, belimdən vurmağa başladı. Təxminən 3 dəqiqə qayınanamla cinsi əlaqədə oldum”.
Emin Mirzəliyev qeyd edib ki, qayınanası ilə cinsi əlaqədə olandan sonra işlətdiyi kafeyə gedib.
O, ifadəsinin sonunda əməlindən peşman olduğunu söyləyib.
“Qızımın ailəsinin dağılmasını istəməmişəm”
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Babayeva bildirib ki, 1984-cü ildə həmkəndlisi Böyükkişi ilə ailə həyatı qurub, birgə nikahlarından iki övladları var: “Qızım Səbinə 2006-cı ildə həmkəndlimiz Emin Mirzəliyev ilə ailə qurub, birgə nikahdan üç uşaqları olub. Emin dəfələrlə qızımla mübahisə edib, mübahisə zamanı onları ayırmaq istəyəndə, mənə də əl qaldırıb.
Ərim Böyükkişi ilə birlikdə Eminə irad birdirsək də, o bizi də təhqir edib, iradlarımıza məhəl qoymayıb. Daim qızımla mübahisə etsə də, uşaqlarına görə ailənin dağılmasını istəməmişəm”.
“Gözünü qan aldığını gördüm”
Zərərçəkmişin sözlərinə görə, 2 ildən çox kürəkəni Eminlə küsülü olub, məlum hadisədən 1 ay əvvəl barışıblar: “İyulun 3-də saat 15 radələrində qızım Səbinə zəng edərək adıma kreditə özünə telefon almaq istədiyini dedi. Bundan imtina etdikdə telefonu kürəkənim Emin götürdü. Mənə özü üçün deyil, qızıma telefon alacağını bildirdi. Eminə də adıma kreditlə telefon götürülməsindən imtina etdim.
Bundan 15-20 dəqiqə sonra Emin bizə gəldi. Həmin vaxt mətbəxdə idim. Onun uşaqları ilə gəldiyini düşündüm.
Emin mətbəxə girərək məni oğlumun yatdığı otağa tərəf itələdi və qapının ağzında məni qucaqladı. Məni qucaqlayanda niyyətinin pis oluğunu başa düşdüm. Əlindən çıxdım, özümü bağa atmaq üçün otaqdakı pəncərəyə tərəf qaçdım.
Özümü pəncərədən çölə atan zaman Emin arxamca gələrək məni tutdu, çarpayının üzərinə yıxdı. Eminin gözünü qan aldığını gördüm, qışqırmağa başladım. Əl ataraq alt paltarımı əynimdən çıxarmaq istədikdə, ayaqlarım ilə onun qarnına, ayaqlarına təpik atdım”.
“Oğlunun məni zorladığını dedim”
Səidə Babayeva bildirib ki, qışqıraraq kürəkənindən ondan əl çəkməsini istəyib: “Ancaq gücüm çatmadığından Emin alt paltarımı əynimdən çıxardı, sonra əynindəki şalvarını aşağı çəkərək üstümə uzandı, qollarımı əli ilə tutdu və zorla mənimlə cinsi əlaqədə olmağa başladı. Qışqıraraq əlim ilə onun sifətinə, kürəyinə vurdum.
Lakin Emin məni buraxmayaraq təxminən 3-4 dəqiqə ərzində mənimlə cinsi əlaqədə oldu. Cinsi əlaqədə olandan sonra ayağa qalxaraq evdən qaçdı. Mən də ayağa qalxaraq ayaqlarımı yudum. Eminin atası Əliağaya zəng edərək, oğlunun məni zorladığını dedim. Əliağa mənə inanmadı”.
Səidə Babayeva qeyd edib ki, iyulu 5-də hadisə barədə qızı Səbinəyə danışıb: “Qızım Eminə zəng edərək evə çağırdı və hadisədən xəbərdar olduğunu dedi. Emin yaxşı elədiyini söyləyib qızımı döydü. Bundan sonra qızım bizə gəldi. Daxili İşlər Nazirliyinin 102 məlumat mərkəzinə və Quba rayon polis şöbəsinə məlumat verdik. Kürəkənimin məni zorlaması barədə rayon prokurorluğuna ərizə yazdım”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Mirzəliyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri ləğv edilib, həbs qətimkan tədbiri seçilib.
Emin Mirzəliyev məhkəmə zalından həbs olunub.(Teleqraf.com)