Rusiyanın Sankt-Peterburq şəhərində məktəbli gimnaziya binasının dördüncü mərtəbəsindən yerə yıxılıb.
yenisehife.az oxu.az-a istinadən bildirir ki, hadisə tənəffüs zamanı baş verib. Hadisə vaxtı sinif havalandırıldığından müəllimlər otaqda olmayıb.
Səkkizinci sinif şagirdi olduğu bildirilən yeniyetmənin vəziyyəti ağır qiymətləndirilir.
Polis hadisə ilə bağlı istintaqa başlayıb.