Yeni Səhifə

Arvadına sataşan qonşunu evə gətirdi - Bakıda dəhşətli anlar

Tarix:11-02-2021, 12:04 Baxış Sayı:68 Kateqoriya:Hadisə

Arvadına sataşan qonşunu evə gətirdi - Bakıda dəhşətli anlar
Bakıda dəhşətli cinayətlər törətməkdə ittiham olunan Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Aqşin Quliyevin məhkəməsi başa çatıb.

yenisehife.az teleqraf.com-a istinadən bildirir ki,Aqşin Quliyev əvvəllər qonşusu olmuş İlham Həşimovun son aylar bir neçə dəfə yaşadığı Bülbülə qəsəbəsindəki mənzilinin qarşısında dayanaraq pəncərəyə baxdığını görüb. O, İlham Həşimovun arvadı ilə münasibətdə olmasından və əxlaqsız təkliflər etməsindən şübhələnib.

Aqşin Quliyev İlham Həşimovu öldürmək qərarına gəlib. 2019-cu ilin sentybarından başlayaraq İlham Həşimovun mobil telefonuna zənglər edərək, onunla görüşmək istədiyini bildirib.

İlham Həşimov işdən gec çıxdığından, yalnız istirahət günü görüşə biləcəyini deməsindən sonra onunla sentyabrın 29-da görüşmək barədə razılaşıb. Aqşin Quliyev onu yaşadığı mənzilinə çağırıb.

İlham Həşimov həmin gün saat 11 radələrində qeyd olunan ünvana gəlib. O, Aqşin Quliyevlə mənzilin qonaq otağında, stol arxasında söhbət edib.

Daha sonra Aqşin Quliyev televizorun yanından şüşə materialdan olan şirniyyat qabını götürürək stulda arxası ona tərəf əyləşmiş İlham Həşimovun baş nahiyəsinə zərbələr vurub. Onlar əlbəyaxa olublar. Aqşin Quliyev mənzilin girişindəki dəhlizdə əvvəlcədən gizlətdiyi bıçağı götürüb İlham Həşimova çoxsaylı xəsarətlər yetirib.

İlham Həşimov evin qapısından çıxaraq qaçmaq, köməyə adam çağırmaq istəsə də, Aqşin Quliyev buna imkan verməyib. Aqşin Quliyev İlhamın onu öldürməməsi ilə bağlı yalvarışlarına məhəl qoymayıb, əlində olan bıçaqla zərbələr vurub, sonra isə başını kəsərək, qətlə yetirib.

Aqşin Quliyev İlham Həşimovu öldürdükdən sonra təxminən 20 il əvvəl qardaşının keçmiş arvadı ilə yaxın münasibətdə olmasından şübhələndiyi və həmin müddətdən qərəzli münasibətdə olduğu uzaq qohumu, "sınıqçı" kimi fəaliyyət göstərən Füzuli Şirinovu da öldürmək qərarına gəlib.

Aqşin Quliyev həmin gün, saat saat 13 radələrində İlham Həşimovu öldürdüyü mətbəx bıçağını paltarında gizlədib və yaşadığı ünvandan çıxaraq, taksi ilə Füzuli Şirinovun yaşadığı Binəqədi rayonuna gəlib. O, həmin vaxt evində xəstə müayinə edən Füzuli Şirinovu gözləyib.

Füzuli Şirinov dəhlizə çıxan zaman üzərində olan bıçaqla ona oğlunun gözləri qarşısında xəsarətlər yetirib. Füzuli Şirinovun oğlu araya girib və Aqşin Quliyevin hərəkətlərinin qarşısını alıb.

Füzuli Şirinov vaxtında xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Aqşin Quliyev həbs edilib.

İstintaq orqanı tərəfindən Aqşin Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Quliyev 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Aqşin Quliyev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Aqşin Quliyevin şikayəti təmin olunmayıb.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı