Yeni Səhifə

İmişlinin deputatı 11 yaşlı qızın ana olmasından danışdı: "O ailə ..."

Tarix:1-11-2021, 13:47 Baxış Sayı:26 Kateqoriya:Hadisə

İmişlinin deputatı 11 yaşlı qızın ana olmasından danışdı: "O ailə ..."


"Mən o ailəni tanımıram, öyrəndim ki, o qadın Saatlıdandır, İmişliyə gəlin gəlib. İki uşağı var - bir qızı, bir oğlu var".

Bu sözləri İmişlidən deputat seçilən Razi Nurullayev deyib.

Deputat bildirib ki, bu faciədə təkcə bir ailəni günahlandırmaqla kifayətlənmək olmaz:

"Qızın başına gələn hadisədən xəbərdarıq. Həyat yoldaşı ölüb, ikinci dəfə qeyri-rəsmi nikahla yaşayır. İndi də bu hadisə baş verib. Onlar da İmişlidə yaşayıb, mən o ailəni tanımıram, mən də birinci dəfə eşitdim. Ola bilər, bəlkə də nə vaxtsa görmüşəm, görüşə gəliblər, deyə bilmərəm, çünki mən hər kəsi şəxsən tanıya bilmirəm.

Amma bu, çox ağır bir faciədir və bu faciənin yaşanmasında təkcə bir valideyni, bir ailəni qınayıb kifayətlənmək düzgün deyil. Çünki bu, yalnız bu məsələ ilə bitməyəcək. Burada çox ciddi stereotiplər var. Biz bu stereotipləri aradan qaldırmasaq, bu cür faciələr yenə təkrarlanacaq".

Razi Nurullayev qeyd edib ki, bu cür faciələrin qarşısını almaq üçün bəzi ciddi problemləri aradan qaldırmaq lazımdır:

"İlk növbədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin rayonlarda şöbələri, işçiləri var, rayon icra hakimiyyətinin nümayəndələri var, komitələr, bələdiyyələr var ki, onlar bütün hansı ki, narahat, şübhə doğuran, məktəbə uşağını göndərməyən ailələr var ki, onlar nəzarətə götürülməlidir. Onlarla psixoloji söhbətlər aparılmalıdır.

İkincisi, bizim cəmiyyətdə belə bir stereotip var ki, bir ailənin, uşağın problemi varsa, qorxusundan onu demir. Çünki o qorxur ki, cəmiyyət onu qınayacaq, onu doğulduğuna peşman edəcək. Bu səbəbdən gizlədir, problem günü-gündən böyüyür və sonda bu cür faciələrlə nəticələnir.

Üçüncüsü isə, ümumiyyətlə, bu Aran zonalarında, o cümlədən İmişlidə, hətta mən məktəbdə oxuyan zaman qız uşaqları 4-cü, 5-ci sinifdən sonra orta məktəbə getmirdilər. İndi bu, bir az dəyişilib, qızlar məktəbə gedir, amma hamısı yox. Oxuma faizi də çox aşağıdır, bu, bir az da cahillikdən irəli gəlir. Fikrimcə, şagirdlərin məktəblərə davamiyyətinə də ciddi nəzarət edilməlidir. Məktəbə getməyən uşaqlar nəzarətə götürülməlidir ki, niyə məktəbə buraxılmır. Eyni zamanda məktəbdə tərbiyəçi ilə, müəllim ilə şagird arasında elə bir münasibət yaradılmalıdır ki, şagird dərdini açıb ona danışa bilsin.

Yoxsa bizdə uşaq gedib müəlliminə dəyəcəksə, başına iş gəlib, o da onu "dışlayacaqsa", ona kömək göstərməyəcəksə, onu əxlaqsızlıqda günahlandıracaqsa və ya qorxacaqsa ki, onu məktəbdən qovacaqlar, o zaman biz cəmiyyət olaraq bu insanlara sahib çıxa bilməyəcəyik.

O ailə günahkardır, uşağın başına bu cür oyun açıblar, danışanda adamın tükləri biz-biz olur. İndi hüquq-mühafizə orqanları bununla məşğuldur, uşaq da Bakıya göndərilib, ekspertizadan keçirilib. Bundan sonrakı vəziyyəti onlar araşdırmalıdır və ümid edirəm ki, cəmiyyətə də yaxın zamanda o məlumatı açıq şəkildə verəcəklər".

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı