Türkiyənin İzmit şəhərində 30 yaşlı şəxs iki dəfə eyni yerə çıxaraq intihara cəhd edib.
Beş.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin şəxs İ.Ç adlı şəxs bundan 4 gün öncə Turgut Özal körpüsünə çıxaraq özünü atmağa cəhd edib. Müalicə olmaq istədiyini səbəb gətirən həmin şəxs polis tərəfindən xilas edilib.
Bu gün həmin şəxs yenidən eyni körpüyə çıxaraq intihara cəhd edib. Bu dəfə o, məhkum olduğu üçün işə qəbul edilmədiyini söyləyib. Polislərin müdaxiləsindən sonra onun həyatı yenidən xilas edilib.