Yeni Səhifə

Bakıda YPX əməkdaşı 12 yaşlı qızı ölümdən xilas etdi - VİDEO

Tarix:5-05-2019, 19:17 Baxış Sayı:135 Kateqoriya:Hadisə

Bakıda YPX əməkdaşı 12 yaşlı qızı ölümdən xilas etdi - VİDEO



Bakıda Yol Patrul Xidmətinin əməkdaşı 12 yaşlı qızı ölümdən xilas edib.

Bu barədə “Report”a qızın babası Asif Əliyev məlumat verib.

O, bir neçə gün əvvəl saat 20.00 radələrində yaşadıqları evdə 2007-ci il təvəllüdlü nəvəsi Əliyeva Səkinə Rasif qızının qəfildən yıxılaraq koma vəziyyətinə düşdüyünü bildirib:

“Uşağın halı birdən-birə dəyişdi və yıxıldı yerə. Dərhal Təcili Tibbi Yardım Stansiyasına məlumat verdik. Lakin uşağın ürək döyüntülərinin gedikcə zəiflədiyini görüb, onu öz maşınıma qoyub, xəstəxanaya apararkən, Xətai rayonu, M.Hadi küçəsində tıxaca düşdük. Bu zaman həmin ərazidə 99-YP-292 dövlət qeydiyyat nişanlı avtomobildə xidmət aparan YPX-nın əməkdaşına yaxınlaşıb, nəvəmi təcili xəstəxanaya çatdırmaq üçün köməklik göstərməyini xahiş etdim. YPX əməkdaşı dərhal uşağı xidməti avtomobilinə qoyaraq, qısa müddət ərzində nəvəmi 6 saylı Uşaq Klinik Xəstəxanasına çatdırdı”.
A.Əliyev əlavə edib ki, xəstəxanada yeniyetmə qıza şəkərli diabet diaqnozu qoyulub və qanda şəkərin miqdarı 555 milliqrama qədər qalxıb:

“Biz xəstəxanaya çatanda, “yol polisi” uşağı qucağına götürüb qaçaraq, xəstəxananın üçüncü mərtəbəsinə - Reanimasiya şöbəsinə çatdırdı. Həkimlər müayinə etdikdən sonra məlum oldu ki, uşaq bir neçə dəqiqə xəstəxanaya gec çatdırılsaydı, öləcəkdi. Buna görə də mən həmin YPX əməkdaşları Anar İbişova və onunla birlikdə xidmət aparan Elçin Vəlibəyova sonsuz təşəkkürümü bildirirəm. Onlar həmin vaxt orada olmasaydılar, biz uşağı nə xəstəxanaya çatdıra biləcəkdik, nə də onun həyatını xilas edə bilərdik. Mən bu iki YPX əməkdaşının hərəkətini qəhrəmanlıq adlandırıram və bu barədə Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayacağam”.

Yol Patrul Xidmətinin əməkdaşı A. İbişov isə gördüyü işin vətəndaşlıq borcu olduğunu bildirib

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı