Yeni Səhifə

Bakıda anaya lesbi adı qoyub uşaqlarından ayırdılar - FOTO

Tarix:10-05-2019, 20:30 Baxış Sayı:287 Kateqoriya:Hadisə

Bakıda anaya lesbi adı qoyub uşaqlarından ayırdılar - FOTO



Sosial şəbəkə istifadəçisi Rena Gely Vidmer bacısına aid foto paylaşaraq, onun əri tərəfindən şiddətə məruz qaldığını bildirib.

Beş.AZ xəbər verir ki, Rena Gely Vidmer adlı şəxs öz paylaşımında bacısı Geli Rim Abdel Raxmanın Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin direktoru Elxan Orucovun gəlini olduğunu qeyd edib. Həmin paylaşımı sizə təqdim edirik:

“Əziz dostlar, Şəkildəki mənim bacım Nunadır. Bizim sizin köməyinizə çox ehtiyacımız var. Bu gün Yasamal Rayon məhkəməsi mənim bacımın uşaqlarını onun əlindən alıb bacımın ərinə verib.

Bacımın qaynatası Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin direktoru Elxan Orucovdur. Əri hər gün içib, bacımı uşaqlarının qarşısında döyürdü. Uşaqları da döyürdü. Paylaşdığım şəkil bacımın döyülməsinin şəkilidir. O vaxt bacım uşaqlarının atasına yazığı gəldiyi üçün heç vaxt polisə müraciət etməyib. Şahidimiz olan qonşu xanıma hədə-qorxu gəlib, və o, məhkəmədə şahidlik etməkdən çəkinib.

Biz aciz qalmışıq, çox xahiş edirik, bizə kömək edin!

Bacımın heç bir psixoloji problemi, narkotik və yaxud içki problemi yoxdur. Əri onu guya qeyri-ənənəvi seksual orientasiyaya malik olduğunda ittiham edir.

Uşaqlar analarını sevir, ondan ayrılmaq istəmirlər, və bunu hər yerdə deyiblər, amma onlara qulaq asan olmayıb.
Çox çox xahiş edirəm, paylaşın, ümidimiz sizədir!

Məsələ ilə bağlı Geli Rim Abdel Raxman ilə əlaqə saxladıq. O bacısının dediklərini təsdiqlədi.

“Uşaqları otağa salıb qapını bağladı və başladı məni döyməyə”.
Şikayətçi iddia edir ki, keçmiş həyat yoldaşı Ruslan Ocaqov onu dəlixanaya saldıracağı və Azərbaycandan deport edəcəyi ilə hədələyir:
“Artıq iki ildir həyat yoldaşım tərəfindən şiddət görürəm. Bundan başqa o mənə məxsus olan mənzilləri öz adına keçirdikdən sonra evləri satıb. Sonra o, davamlı alkoqol qəbul etməyə başladı. O mənə uşaqlarımın yanında əl qaldırırdı. Əvvəllər mən uşaqlarıma görə,
ondan şikayət etmirdim. Amma axrıncı dəfə o məni çox pis döydü. Uşaqları otağa salıb qapını bağladı və başladı məni döyməyə. Uşaqların qışqırıb, qorxmağına baxmayaraq məni döyməyə davam etdi. Evin hər yeri qan olmuşdu. Bu hadisə 1 il əvvəl baş verib. Bundan sonra mən boşanmaq üçün məhkəməyə müraciət etdim. Məhkəmə 9 aya yaxın idi ki, davam edirdi. Bu müddət ərzində o nə mənə, nə də uşaqlara heç bir köməklik etməyib və aliment ödəməyib. O məni tez-tez hədələyirdi ki, səni dəlixanaya saldıracam, uşaqları da əlindən alıb deport edəcəm. Biz 11 ildir ailəliyik və mən Rusiya vətəndaşıyam. Ona görə də o mənə deyirdi ki, sən öz adına heç nə saxlaya bilməzsən. Mən düşünürdüm ki, məhkəmə mənim xeyrimə qərar çıxardacaq. Mənim iki vəkilim var idi. Biz lazım olan hər yerə müraciət etmişik. Mənə indi deyirlər ki, səni dəlixanaya salıb Azərbaycandan deport edəcəyik. O tez-tez məni hədələyir. O indi də mənə təhqir edici mesajlar yazır və məni hədələyir”.

Şikayətlə bağlı Geli Rim Abdel Raxmanın keçmiş həyat yoldaşı Ruslan Ocaqov ilə əlaqə saxladıq. Ruslan Ocaqov iddiaların əsassız olduğunu bildirib. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı belə oyun qurub ki, uşaqları İsveçrəyə aparsın:

“Bütün iddiaların hamısı yalandır. Ailə və Uşaq Komitəsi, Yasamal rayon məhkəməsi və bu işə baxan bütün qurumlar uşaqları mənə elə-belə əsassız verməyib ki? O uşaqları İsveçrəyə aparmaq istəyir və deyir ki, Azərbaycan yaşanılası yer deyil. Bacısı İsveçrə vətəndaşıdır. Ona görə bütün bu oyunlar qurulub. Həmin foto 2 ya da, 3 ilin fotosudur. Həmin vaxt o, hamamda yıxılıb. Hazırda uşaqlar da onun yanındadır. Mənim uşaqları anasından ayırmaq fikrim yoxdur. Mənim uşaqlarım Azərbaycan vətəndaşıdır. Uşalarım balacadır və onların ölkədən çıxarılmasını mən istəmirəm və analarından ayırmıram da. O hər cür yalana əl atacaq. Kimdən istəyirsiniz soruşun. Hər şey qanuni yolla öz həllini tapıb. Sadəcə olaraq o, ölkədən getmək üçün buna çalışır. Qoy uşaqların 18 yaşı olsun və onlar özləri qərar versinlər ölkəni tərk etmək istəyirlər ya, yox”?

Qeyd edək ki, Geli Rim Abdel Raxman uşaqların onunla birgə yaşadığını təsdiqləyib.

Məsələ ilə bağlı hüquqşünas Ələsgər Məmmədov BAKU.WS saytına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının konstitusiyasında cinsi orientasiyasına görə valideyinlik hüququndan məhrum etməklə bağlı qanun yoxdur: "İstisna hallar var ki, qadın və ya kişi uşağın tərbiyəsinə mənfi təsir edə biləcək fakt olarsa və açıq şəkildə məhkəmədə dəyərləndirilibsə, o zaman hakim uşaqların gələcəyi üçün fərqli qərar verə bilir. 10 yaşına kimi olan uşaqlar əsasən, anasında qalır. Amma 10 yaşından yuxarı uşaqlarda onların fikri də soruşulur. Heç bir qanunvericilikdə nə lesbiyanlıq, nə də başqa cinsi orientasiyaya görə, valideyinlik hüququ əlindən alınmır. Qeyd etdiyim kimi istisna hallarda , nə vaxt ki, valideyin uşağın gələcək inkişafına və tərbiyyəsinə mənfi təsir edəcək fakt varsa, o zaman belə fərqli qərar çıxarılır".

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı