Bakının Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
beş.az Oxu.Az-a istinadən xəbər verir ki, Bayıl qəsəbəsində yerləşən 8-ci Polis bölməsinin qarşısında münaqişə yaranıb. Nəticədə 1978-ci il təvəllüdlü Hüseynov Elşad Dünyamalı oğlu bıçaqlanıb.
Onun tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.
Zərər çəkən döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.