Lənkəran rayonunda 2 nəfəri ilan sancıb. Beş.az istinadən bildirir ki, rayonun Diryan kənd sakini, 25 yaşlı Ülkər Əhmədova və Nərimanabad qəsəbə sakini, 27 yaşlı Elşən Əhmədovu ilan sancıb.
Onlar rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Elşən Əhmədovun müalicəsi davam edir, Ülkər Əhmədova isə ambulator müalicəyə buraxılıb. Qeyd edək ki, bu 2 gün ərzində rayon ərazisində artıq üçüncü ilansancma hadisəsidir.