Məşhur opera ifaçısı Yusif Eyvazov həyat yoldaşı Anna Netrebkoya qiymətli zinət əşyaları hədiyyə edib.
Bu barədə Instagram səhifəsində moda tarixçisi Aleksandr Vasilyev yazıb.
Onun sözlərinə görə, Y.Eyvazov hədiyyə üçün A.Vasilyevin “Kral evinin zərgərliyi” kolleksiyasından bir necə qiymətli əşya seçib.
Kolleksiya "CHAMOVSKIKH" zərgərlik evi ilə əməkdaşlıqda yaradılıb.
Anna Netrebkoya hədiyyəni zərgərlik evinin sahibi Aleksandr Çamovskix təqdim edib.