Yeni Səhifə

Beynindən əməliyyat olunan Xalq artisti: “Evdə təcrid olunmuşam” - ÖZƏL

Tarix:1-05-2020, 21:33 Baxış Sayı:108 Kateqoriya:Mədəniyyət

Beynindən əməliyyat olunan Xalq artisti: “Evdə təcrid olunmuşam” - ÖZƏL
“Hamı kimi mən də karantini evdə keçirirəm. Əvvəl evdə oturmağa dözə bilirdim, indi isə yox. Bir sözlə, evdə təcrid olunmuşam”.

Bu sözləri Xalq artisti Firəngiz Mütəllimova Oxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Karantin günlərini evdə keçirən sənətçi səhhətindən danışıb:

“Səhhətimlə bağlı evdən küçəyə çıxmıram. Karantin başlayandan evdəyəm.

7 il öncə Türkiyədə çox ağır beyin əməliyyatı keçirdim. Hava çatışmazlığı da səhhətimi ağırlaşdırır. Evin havasını dəyişirəm. Yenə də havam çatmır. Müalicə olunuram, dərmanlarımı vaxtında qəbul edirəm.

Türkiyədə əməliyyat olunandan sonra xaricə getmirəm. Bakıda yaxşı nevropatoloq həkim var. O, bütün dərdimi-sərimi bilir. Nə dərmanlar yazırsa, qəbul edirəm”.

“Çəkildiyim “Ailəmiz” serialının koronavirusa görə, bir aydan çoxdur çəkilişləri dayandırılıb” deyən Xalq artisti birgə rol aldığı gənc həmkarlarının oyunundan razı qaldığını bildirib:

“Əsas odur ki, “Ailəmiz” serialında mənimlə birgə çəkilən gənc aktyorlar böyük-kiçik yerini bilirlər. Mənə hörmətlə yanaşırlar. Buna görə onlarla işləmək xoşdur”.

F.Mütəllimova aktyor Elməddin Cəfərovun layihəsindən başqa heç bir seriala çəkilməyəcəyini söyləyib:

“Ailəmiz” serialına çəkilməmişdən öncə bir çox rejissorlardan, telekanallardan təkliflər gəlsə də, razı olmadım. Aktyor Elməddin Cəfərovun “Bacanaqlar” serialı ilə başlamışam, elə onunla da davam edirəm. Əgər Elməddin “Ailəmiz” serialına dəvət etməsəydi, yenə də evdə oturacaqdım. Başqa seriala çəkilməyəcəkdim. Onlarla çalışmaq mənim üçün çox rahatdır. Elməddin xasiyyətimə bələd insandır. O, məni yaxşı tanıyır”.

Verilişlərdə çox az görünməsinin səbəbini isə Xalq artisti belə izah edib:

“Səhhətimlə bağlı çalışıram ki, özümü qoruyum. Ancaq özümə və sırf teatra aid mövzular olanda verilişlərə qatılıram. Özümü yaxşı hiss edəndə də kanalların çəkilişlərinə gedirəm”.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı