Yeni Səhifə

“Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır” - Fəxri adlara ETİRAZ

Tarix:25-05-2020, 16:10 Baxış Sayı:104 Kateqoriya:Mədəniyyət

“Xalq artisti”, “Əməkdar artist” lüt soyunub ekrana çıxır” - Fəxri adlara ETİRAZ
Mədəniyyət sahəsində bəzi şəxslərə fəxri adların verilməsi zaman-zaman əksəriyyətdə narazılıq yaradıb, prosesin düzgün şəkildə həyata keçirilmədiyi həmişə müzakirə mövzusu olub.

Əksər ölkələrdə fəxri adların olmadığını deyənlər Azərbaycanda da onların ləğvinə çağırırlar.

Bu çağırışlar xüsusilə son günlər eks-Mədəniyyət naziri Əbülfəs Qarayevin vəzifədən azad edilməsi fonunda daha da aktuallaşıb. Bir çoxları iddia edirlər ki, məhz Əbülfəs Qarayevin dövründə fəxri adlar yaxınlıq, tanışlıq, rüşvət, tapşırıq, qohumbazlıq, yerlibazlıq kimi əsaslarla verilib.

Fəxri adları ləğv etmək mümkündürmü?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, deputat Fazil Mustafa da fəxri adların ləğvini istəyənlərdəndir:

“Fəxri adların verilməsini yığışdırmaq lazımdır, amma bizdə bunu xəstəliyə çeviriblər. Ona görə də sənət arxa planda qalıb, hamını düşündürən odur ki, hansısa bir yolla ad alsın. Elə adam var ki, pulla fəxri ad alıb təqdimat edir. Bu məsələdə ölkə prezidentini də aldadanlar olur. Məsələn, elə adam var ki, toy müğənnisidir, onun “Xalq artisti” adı daşımasına haqqı yoxdur, amma yenə də bu adı alır. Yaxud da heç bir sənəti olmayan pop musiqiçisi “Əməkdar artist” adını alır. Bu isə mədəniyyət nümayəndələri arasında haqsız rəqabət yaradır. Əgər ad verilirsə, heç olmasa bunu şəffaf təşkil edib, subyektivliyi məsələdən uzaq tutsunlar. Cəmiyyətin öz dəyərləndirməsi var. Əgər kimsə əsl sənət adamıdırsa, cəmiyyət tərəfindən ona dəyər verilir. Amma kimsə qeyri-qanuni yolla ad alırsa, bu artıq toplum tərəfindən mənfi qarşılanır. Fəxri ad verilirsə, heç olmasa ona bu adın hansı səbəbdən verildiyi izah olunmalıdır”.

Deputat yeni təyin olunacaq Mədəniyyət nazirindən də çox şeyin aslı olduğunu qeyd edib:

“Əgər yeni təyin olunan nazir Əbülfəz Qarayevə rəhmət oxutduracaqsa, onda demək olmaz ki, fəxri adların verilməsində hər hansısa dəyişiklik olacaq. Ümid edək ki, vəzifəyə normal adam gələcək və bu prosesləri normal tənzimləyəcək. Çünki sənət adamları həssas adamlardır. Ona görə bayağı qiymətləndirmə məqbul sayılmır. Bütün hallarda yəqin ki, bu məsələlər nəzərə alınacaq”.

Xalq artisti, aktyor-rejissor Əbdül Mahmudov fəxri adların verilməsinin seçki yolu ilə olmasını təklif edir:

“Fəxri adların ləğv olunması məsələsini son dəfə bu adlar veriləndə kəskin şəkildə şəkildə qaldırdım. Azərbaycanın nifrət etdiyi adama götürüb “Xalq artsti” adı verirlər, bu da söz-söhbətə səbəb olur. Amma təəssüf ki, bu məsələyə münasibət bildirəndə bircə nəfər mədəniyyət nümayəndəsi mənim yanımda olmadı. Hətta elələri oldu ki, mənimlə görüşəndə dedilər “nəyinə lazımdır, addır da verirlər”. Yəni mədəniyyət sahəsinin adamları arasında da bu məsələyə laqeyd münasibət var. “Xalq artisti” adı 50-60 yaşdan aşağı kimsəyə verilməli deyil. Şoumenlərə “Əməkdar artist” adı vermək olmaz, onlar üçün “əməkdar şoumen” adı təsis olunmalıdır. Çünki onlar xanəndə deyil ki, fəxri ad alalar. Bir də görürsən ki, Xan Şuşinskinin, Rübabə Muradovanın, Həqiqət Rzayevanın da aldığı ada layiq görülənlər lüt soyunub çıxırlar efirə. Azərbaycan xalqına bu yaraşmaz. Fəxri ad vermək üçün seçkilər təyin olunsun və demokratik şəkildə düzgün adamlara, xalq tərəfindən seçilən insanlara ad verilsin”.

"Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə fəxri ad anlayışının Sovet dövründən qalan mənasız bir tendensiya olduğunu diqqətə çatdırıb:

“Fəxri adlar Sovet dövründən qalıb. Təəssüf ki, müstəqillik illərində biz bu mənfi tendensiyadan imtina edə bilmədik. Mən həmişə o fikirdə olmuşam ki, yaradıcı insana istedadına görə qiymət vermək lazımdır. Nizaminin, Füzulinin, Nəsiminin fəxri adı olmayıb. Onlar zəif şair olublar? Normal ölkələrin əksəriyyətində bu anlayış yoxdur. Bizimkilər Avropaya gedəndə yazıq tərcüməçi əcnəbilərə onların “Xalq şair”i, yaxud “Xalq artisti” olduğunu heç cür başa sala bilmirlər. Məncə, bu tendensiyadan qurtarmağın vaxtı çatıb. Təəssüf ki, Azərbaycanda fəxri adlardan qalxan kimi sitifadə edənlər var. Səsi yoxdur, oxuya bilmir, səhnədə at kimi kişnəyir, üstəlik, repertuarı bərbaddır, tənqid edəndə də deyir ki, “mən Xalq artistiyəm, mənim əməyimi dövlət qiymətləndirib, sən kimsən ki, məni bəyənmirsən?”. Bir dəfə Space TV-də canlı efirdə meyxanaçı Pərviz Bülbüləni tənqid etdim. Verilişdən sonra mənə dedi ki, “sən yaxşı jurnalist olsaydın, ad verərdilər, sinəndən medal asardılar”. Onu başa sala bilmədim ki, mənim mükafatım tamaşaçı rəyidir, oxucu məhəbbətidir. Hesab edirəm ki, istedadlı adamlara dövlət deyil, xalq qiymət verməlidir. Rüşvət verib “Xalq artisti” adı alan adam bu adı daşısa da, istedadı yoxsa, heç vaxt xalqın artisti olmayacaq”.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı