Yeni Səhifə

"Dörd ay Rəmişlə o qadın eyni çarpayıda yatdı, mən isə yerdə..." - Gülü 42 illik ŞOK GİZLİNLƏRİ AÇDI

Tarix:8-02-2021, 22:18 Baxış Sayı:77 Kateqoriya:Mədəniyyət

"Dörd ay Rəmişlə o qadın eyni çarpayıda yatdı, mən isə yerdə..." - Gülü 42 illik ŞOK GİZLİNLƏRİ AÇDI
Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülşən Hüseynova (Gülü) özünü sənətkarın həyat yoldaşı kimi tanıdan Arzu adlı qadına cavab verib.
G.Hüseynova "Ölkə.Az"-a açıqlamasında bildirib ki, Arzu xanımın efirdə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir:

"Biz Rəmişlə 1978-ci ildən rəsmi ailəliyik. 1979-cu ildə Rəmiş gəlib mənə dedi ki, bir nəfəri maşına mindirmişəm, indi də məndən əl çəkmir, məni hədələməklə qorxudur. Biz o vaxt indiki Heydər Əliyev prospektində mənə iş yerimdən verilmiş bir otaqlı mənzildə qalırdıq. Yaşlı insanlar o binanı xatırlayarlar, sarı bina idi. Həmin binanın ikinci mərtəbəsində ATS-dən mənə mənzil verilmişdi. Nəysə, Rəmiş gəlib əziyyəti danışdı və dedi ki, bunu evə gətirməsəm, məni tutdurmaq istəyirlər. Rəmişi o qədər çox istəyirdim ki, dediyi ilə razılaşdım və Arzunu evə gətirdi. Çox üzr istəyirəm, dörd ay mən yerdə yatdım, Rəmişlə o qadın eyni çarpayıda yatdılar".

G.Hüseynova bildirib ki, buna baxmayaraq, həmin qadın Rəmişi 1980-ci ildə həbs etdirib:
"Həmin Arzu adlı qadını dörd ay evimdə saxlayandan sonra Rəmişi də özünə qoşub Yevlaxa getdi. Guya ki, orada barışıq filan olacaqdı. Amma halbuki vəziyyət başqa idi, sadəcə, mən o həddə, o səviyyəyə düşmək istəmirəm. Təxminən 4-5 aydan snra Rəmiş o qadından uzaqlaşdı və bunlar 1980-ci ildə Rəmiş qəzaya düşəndə onu həbs etdirdilər. Çünki o vaxt Arzunu özündən uzaqlaşdırmışdı.

O qadının bir xalası qızı var, jurnalistdir. Bu informasiyaları da mediaya ötürən həmin adamdır. Adama deyərlər ki, 42 il idi hardaydın? Niyə indi üzə çıxırsan? Rəmişin sənlə nə kəbini, nə də rəsmi nikahı olmayıb. Amma mən Rəmişlə 1979-cu ildən rəsmi nikahdayam, onun rəsmi soyadının daşıyıram".

Gülşən Hüseynova qeyd edib ki, sənətkarın zərərli vərdişlərdən əziyyət çəkməsinin səbəbkarı da sözügedən qadındır:

"Arzu Moskvada siqaret satırdı, siqaretin də altında "başqa şeylər" satmaqla məşğul idi. Ona görə də Rusiyada məhkəmənin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edildi. Rəmişdən olduğunu iddia etdiyi oğlu da bu yolda həyatını itirdi".

G.Hüseynovanın sözlərinə görə, hətta bir zamanlar restoranda qabyuyan da işləyib:
"ATS-də 67 manat maaş alırdım və o Rəmişi götürüb özüylə Yevlaxa gedəndə 700 manat borca düşdüm. Həmin pulu götürüb onalra verdim deyə, məcburən restoranlarda qabyuyan işlədim. Çünki ATS-dən aldığm 67 manatla 700 manat borcu verə bilməzdim. İndi eşidiblər ki. Rəmişin vəziyyəti pisdir, hamısı mənimlə ev davası döyür? Rəmişin bir evi var, o da rəsmi şəkildə mənə hədiyyə edilib. Heç kim o mənzili mənim əlimdən ala bilməz".

Qeyd edək ki, Arzu adlı qadın ARB kanalında yayımlanan "Elgizlə izlə" verilişinə qoşularaq özünü sənətkarın keçmiş həyat yoldaşı kimi təqdim edib.

SON XƏBƏRLƏR
XTQ hərbçiləri həlledici döyüş öncəsi necə halallaşırmışlar
ABŞ İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - Tramp
Əcnəbi vətəndaşlar və diplomatlar Azərbaycana təxliyə olunublar - FOTO
Azərbaycan vətəndaşlarının İrandan təxliyəsi davam edir - VİDEO
Futbolun yeni oyun qaydaları təsdiqlənib
Ancelina Coli və Bred Pittin oğlu atasının soyadından imtina edib
İranın dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi - VİDEO
KİV: Xameneinin ailəsinin dörd üzvü İsrail və ABŞ-nin hücumları nəticəsində həlak olub
Ərdoğan Tramp və Pezeşkiandan sonra BƏƏ və Qətər liderləri ilə vəziyyəti müzakirə edib
Yaxın Şərqdə böyük savaş: Koalisiya qüvvələrinin İrana zərbələri təhlil olunur - VİDEO
Bakıda lisey şagirdi müəllimi güllələdi - DETALLAR
"İdrak Liseyi"ndə illik təhsil haqqı 16 500 manatdır
İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək nazirini qəbul edib
Bərdə Dövlət Peşə Təhsil mərkəzinin direktoru SAMİR NƏCƏFOV: Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
20 Yanvar hadisələrindən bəhs edən "Kapitan və Xəzər dənizi" filminin premyerası keçirilib
Prezident İlham Əliyev Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Bakıda və rayonlarda qar yağacaq
20 Yanvar – Azərbaycan Xalqının Hüzn və Qəhrəmanlıq Salnaməsi
Azərbaycan dövlətinin xilaskarı və qurucusu”
Heydər Əliyevin anım günü ilə əlaqədar bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Fiziki tərbiyənin və saglam gəncliyin qoruyucusu
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
ran XİN: Azərbaycanla münasibətlər bizim üçün çox vacibdir
Bakıda Zəfər muzeyinin açılışı olub
Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət ediblər
8 Noyabr - Zəfər Günü ilə əlaqədar Hərbi Memorial Məzarlıq ziyarət edilir
Sabah bəzi yerlərə yağış yağacaq
Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO- FOTOLAR
Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı