Klon” serialının ulduzu, braziliyalı aktyor Lusiano Şafir COVID-19-a yenidən yoluxma ilə xəstəxanada ağır vəziyyətdə yatır.
Bu barədə “Starhit” xəbər verib.
Məlumata görə, iyun-22-də Rio-de-Janeyronun ən yaxşı klinikalarından birinin reanimasiya şöbəsinə yerləşdirilən 52 yaşlı aktyor iyulun 10-da ağciyərlərin süni ventilyasiyası aparatından ayrılıb. Bununla belə, onun vəziyyəti hələ də ağır olaraq qalır.