Bakıda Venesuela qəhvə və kakao mədəniyyətinə həsr olunmuş gecə keçirilib.
“YENİSEHİFE.AZ” xəbər verir ki, tədbir Venesuelanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.
Venesuelanın Azərbaycandakı səfiri Kristofer Martines Berroteran mədəniyyət gecəsinin təşkilinin Azərbaycan ilə Venesuela arasında diplomatik əlaqələrin qurulmasının 29-cu ildönümünə təsadüf etdiyini vurğulayıb.
Tədbirdə, həmçinin kakao istehsalı prosesi və xalis şokoladın hazırlanması nümayiş etdirilib.
Gecənin sonunda iştirakçılar Venesuela şokoladının dadına baxıblar. Şokoladın hər növünün hazırlanma prosesi haqqında məlumat verilib.